Qadin

Xanımları cavan və cəzbedici göstərəcək 5 İPUCU – FOTOLAR

Baxış sayı: 1. 784

Elə saç düzümləri var ki, onlar xanımları yaşlarından xeyli cavan göstərir.

“Gencaile.az” “Publika.az”-a istinadən həmin saç düzümlərini təqdim edir:

 

Çiyinlərə qədər olan saç

Hətta ən güclü saçlar belə həcmini və sıxlığını itirir, daha gec uzanır. Belə olanda saçların qüsursuz olmadığı daha çox anlaşılır. Saçlarınıza istirahət vermək üçün onları çiyninizə kimi kəsin. Bu uzunluq hər növ saça yaraşır və onların qüsurlarını ört-basdır edir.

 

Piksi saç stili

Piksi ingiliscədən tərcümədə “elf” mənasını verir. Xəyali və mistik varlıq olan elfləri xatırladan piksi saçı uzun kəkil və qulaqların açıq qalması ilə seçilir.

 

Qaşlara qədər kəkil

Sizi bezdirən saçı yeniləməyin ən yaxşı variantı kəkil saxlamaqdır. Bu, sizin daha təravətli görünməyinizə şərait yaradacaq. Düz kəkilin tələbi az makiyajdır.

 

Bob-kare

Bu saç stilinin ən düzgün uznluğu boğazın ortasına qədərdir. Bob-kare hər formada üz quruluşuna və hər tip saça sahib xanımlara yaraşır. Çənəyə qədər olan kare hər kəsə uyğun olmur, xüsusən yumru sifət quruluşu olan xanımlarda bu saç dəbilqəni xatırladır. Belə hallarda çiyinə qədər kare və bir tərəfə olan kəkil daha uyğun olar.

 

Düz saçlar

Düz saçların 40 yaşdan sonra o qədər də uğurlu olmadığını desək də, ideal dərəcədə düz saçlar istisna sayılır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir