aile

“Bu kişilər həyat yoldaşından daim şübhələnir”

Baxış sayı: 1. 528

Paranoya  həddindən artıq narahatlıq və ya qorxuyla xarakterizə edilən, tez-tez məntiqsiz şiddət bildirən bir narahatlıq, psixoloji nasazlıqdır. Xalq arasında, paranoya deyimi, ümumiyyətlə bir şəxsin, ətrafındakılar haqqında həddindən artıq şübhəçiliyini təyin etmək üçün istifadə edilir. Belə bir adama edilən tövsiyələr, yaxşı niyyətli belə olsa, o adam tərəfindən pis niyyətlə edilmiş hesab edilir.

 

Paranoya ilə bağlı fikirlərini bölüşən Psixoloq Vəfa Əkbər bildirir ki, bu problemin səbəbi əsassız güvənsizlik, özgüvən əskikliyidir:

“Bu şəxslər həyat yoldaşından daim şübhələnir, daim onu nəzarət altında saxlayırlar. Həyat yoldaşının dost çevrəsi ilə maraqlanır, rəfiqələri ilə görüşünə icazə vermir. Bu xəstəlikdən əziyyət çəkən insanlar həyat yoldaşını daim izləyir. Onlar özlərinə bir obyekt seçir və həyat yoldaşını həmin obyektə qısqanırlar. Əsasən, bu obyekt sakit və şübhəsiz olur. Bu şübhələr təsdiqlənmədikçə onlar daha da əsəbiləşir, daha aqressiv olurlar”.

 

Psixoloqun sözlərinə görə, həmin adamlar artıq o səviyyəyə çatdırırlar ki, qadın günahsız olduğu  halda belə, qarşısındakı şəxsin şübhələrinin doğru olduğunu dilə gətirməyə məcbur olurlar:

“Hətta telefon danışığını dinləmək üçün mobil cihazlarına müəyyən proqramlar yazırlar. Nəzarət üçün tez-tez zənglər edirlər. Zəngə cavab vermədikdə artıq onların şübhəsi artır. Hətta telefon danışığı zamanı hər hansı bir obyektin səsini eşitdikdə belə, mübahisə yaradırlar. Belə olduqda, kişilər həm özlərini, həm də həyat yoldaşlarını incidirlər. Bəzən də özlərinə və həyat yoldaşına təsəlli verərək “sənə güvənirəm sadəcə cəmiyyətə güvənmirəm” deyirlər”.

 

Vəfa Əkbər bildirir ki, bu problemi sadəcə mütəxəssis dəstəyi ilə aradan qaldırmaq olar:

“Ailə terapiyasına müraciət etmək lazımdır. Bu müddətdə hər iki tərəf iştirak etməlidir. Məsələn, qadın hiss etdiklərini dilə gətirərək vəziyyətə münasibətini bildirməlidir. Kişilər bu narahatlığı aradan qaldırmaq üçün nə üçün belə davrandıqlarının səbəbini söyləməlidir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir