Kişilərin qadınlarla bağlı bəyənmədiyi 6 məqam

Baxış sayı: 1. 627

Sizlər üçün kişilərin bəyənmədiyi gözəllik, baxım üsullarını təqdim edirik:

1. Uzun və bəzəkli dırnaqlar

Uzun dırnaqları bir çox qadın xoşluyur. Eyni zamanda təbii ki, rəngarəng gözə çarpan laklar bu uzun dırnaqlarda heç əskik olmaz . Ancaq kişilərin bir çoxu uzun dırnaqdan xoşlanmır, hətta nifrət edirlər. Eyni şəkildə bir çox kişilər rəngarəng lakları da cazibədar hesab etməyərək, daha təbii və baxımlı əlləri üstün tuturlar. Bu səbəblə uzun dırnaqlar yerinə daha normal bir uzunluqda dırnaqlar seçim edə bilərsiniz. Çox rəngli və çox tünd rəngli lakların əvəzinə daha sönük və pastel rənglərdən istifadə edə bilərsiniz.

2. Saç düzümü

Uzun saçlı qadınlar kişilərin hər zaman daha çox diqqətini çəkmişdir . Öz qısa saçlarını adi qəbul etdiklərindən xanımlardakı uzun saçlar onlar üçün hər zaman estetik və qəşəngdir . Ancaq yenə də möhkəm topuzlar və adi at quyruqları kimi saç düzümləri kişilərin xoşuna gəlmir. Saçlarınızı açıq buraxmağınız, düzləşdirməyiniz, müxtəlif üsullarda hörmək və ya təbii dalğalı olması onların xoşuna gələcək.

3. Geyim tərzi

Yanlarında qəşəng qadınlar görmək istəyən kişilər gərəksiz detallardan və şişirdilmiş paltarlardan xoşlanmazlar. Eyni zamanda uyğun olmayan mühitlərdə gərəksiz dekoltelər də onlara olduqca mənfi təsir edir. Daha rahat və qəşəng geyinən qadınlar gündəlik həyatda daha çox diqqətlərini çəkir. Kişilər üçün rahat və qəşəng bir ayaqqabı, seksual bir dikdaban ayaqqabıdan daha cəlbedicidir. Bu səbəblə daha rahat paltarlarla qəşəng olmağa diqqət göstərin.

4. Saçların rəngi

Hər zaman təbiilik tərəfdarı olan kişilər qadınların dəri rənginə görə saçlarını rəngləməli olduqlarını düşünürlər. Sarışın olmayan qadınların saçlarını sarıya boyaması estetiklikdən çox əks təsir bağışlaya bilər. Eyni şəkildə şişirdilmiş və diqqət çəkici rənglər xoşlarına gəlməyəcək. Təbii sarışınlarda açıq rənglər, qara saçlar, qəhvəyi saç rəngləri onlar üçün daha estetiktir.

5. İstənməyən tüklər

Adından da məlum olduğu kimi bu tükləri heç kimsə istəməz. Kişilər yanlarındakı qadının bədənində xüsusilə üz bölgəsində artıq tük görmək istəməzlər. Bığ və qaş bölgələri davamlı nəzarət edilməli və ehtiyac duyulduğu an epilasiya edilməlidir. Üz bölgəsi xaricindəki bölgələrin də təmizliyi təmin edilməlidir.

6. Ətir

Kişilər üçün əhəmiyyətli bir ünsürdür qadınların qoxusu. Ətir qoxusundan təsirlənən kişilər gözəl qoxulu qadınların sanki təsiri altına düşürlər. Ətir qoxusundan başqa, saçdakı şampun və bədəndən yayılan duş geli, lasyonlarının qoxusu da onların çox xoşuna gəlir. Bu qoxular kişiləri təsir edən ən əhəmiyyətli nüanslardır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir