Ümumdünya Səhiyyə Təşkilatı hazır ət məhsullarından – kolbasa və donuz vetçinasından (sümüksüz ət və piy qarışığıının) istifadənin bağırsaq xərçəngi yaranmasına səbəb olduğunu açıqlayıb. “Gencaile.az” BBC-yə istinadən xəbər verir ki, həkimlər gündə 50 qram belə ətin xərçəngin yaranma riskini 18 faiz artırdığını müəyyənləşdirib.
Ümumdünya Səhiyyə Təşkilatı saxlanılma müddətinin uzadılması xatirinə müxtəlif maddələrin vurulduğu duzlu, konservləşdirilmiş, hisə verilmiş ətləri xüsusən təhlükəli sayıb. Beynəlxalq səhiyyə qurumu belə ətlərə, onkoloji xəstəliyə səbəb olan alkoqol və plutoni ilə eyni təhlükəlilik dərəcəsi verəcək.
“Ət məhsullarının istifadəsinə görə düz bağırsaq xərçənginin yaranma riski böyük deyil. Amma bu məhsullardan istifadə halları artdıqca, xəstəlik riski də artır”, – ÜST-nın rəsmisi Kurt Ştrayf deyib.
Ətin faydalı xüsusiyyətlərinin olduğunu da deyən həkimlər, bununla belə, qırmızı ətin bağırsaq və mədəaltı vəz xərçənginin yaranmasında rol oynadığını xatırladıblarr.