yorgunluq

Xroniki yorğunluq sindromu nədir? – Bu göstəricilərə DİQQƏT

Baxış sayı: 1. 000

Mövsümdən asılı olmayaraq, bəzilərimiz üçün günlər sanki kürəyində daş dolu bir çanta ilə dağa çıxmağa bənzəyir. Hər gün yorğunluq içində keçir və nə qədər dincəlsək də heç cür özümüzə gələ bilmirik. Səhərlər çətinliklə oyanır, günə enerjili və sürətli başlamaq üçün qəhvə və ya siqaret kimi vasitələrə ehtiyac duyuruq.

Əzələ ağrıları, yuxu pozğunluqları, zehni qabiliyyətin pozulması, allergiyalar və boğaz yanması bu duruma aid olan əsas göstəricilərdəndir. Bu duruma nəzərən, günümüzün yaşam gözləntilərinə cavab verə bilməsi üçün yüksək səy göstərməsinə baxmayaraq, bədənimiz məruz qaldığı durumdan əziyyət çəkdiyi üçün depressiya və həyəcan, təşviş pozuntusu ilə mübarizə aparmaq məcburiyyətində qalır.

Sən demə, bütün bunlar xroniki yorğunluğun göstəriciləri imiş. Bəs, xroniki yorğunluq sindromu nədir?

Həkim Aygün Məmmədova bildirir ki, xroniki yorğunluq sindromu bir neçə ay davam edən boğaz, əzələ ağrısı, sıxıntı və diqqət toplamada əksiklik kimi xüsusiyyətlərlə özünü göstərən və bir çox orqanlara mənfi təsir edən xəstəlikdir.

– Xroniki yorğunluq sindromu fiziki, zehni və duyğusal xüsusiyyətlərə malik, uzun müddət davam edən, davamlı və təkrarlayıcı olmasından əlavə olaraq aşağıda qeyd olunan simptomlar da nəzərə çarparsa, o zaman həmin insanda xroniki yorğunluq sindromu olması dəqiqdir.

1. Diqqət pozğunluğu və unutqanlıq;

2. Əzələ ağrısı;

3. Boğaz ağrısı;

4. Halsızlıq və bitkinlik;

5. Narahatedici yuxu pozğunluqları;

6. İdman sonrası keçməyən yorğunluq;

7. Sıxılma;

8. Enerji itkisi;

9. Narahatlıq və neqativ hallar;

10. Depressiv duyğulanma.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir