Yaddaşla bağlı problem müasir dövrdə bir çox insanın qarşılaşdığı narahatlıqlıdır. Yaddaşı yaxşılaşdırmaq isə hazırda bir çoxlarının arzusudur. Bəs bunu necə həyata keçirmək olar?
Mövzuyla bağlı danışan Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova deyir ki, beyin hüceyrələrini sağlam saxlamaq üçün mütəxəssis tünd şokolad yeməyi məsləhət görür və deyir ki, nə qədər tünd olarsa, o qədər yaxşıdır. Tünd şokoladda beyin hüceyrələrinə faydalı təsir göstərən antioksidantlar və flavanollar var. Eyni zamanda normanı qorumaq lazımdır, çünki şokoladın çoxluğu qan damarları üçün zərərlidir. Araşdırmalar göstərib ki, rasionda tünd şokoladın optimal miqdarı həftədə 45 qram təşkil edir.
Giləmeyvə də beyin üçün olduqca faydalıdır. Naydunun sözlərinə görə, giləmeyvədə yaddaşı gücləndirən, koqnitiv qabiliyyətlərinin itirilməsini yavaşladan və oksidləşdirici streslə mübarizə üçün vacib olan antioksidantlar, qida maddələri, liflər, vitaminlər və minerallar var. “Əlavə olaraq, müxtəlif giləmeyvələri yemək narahatlıq pozğunluğunun simptomlarını zəiflətməyə və demensiya kimi neyrodegenerativ xəstəliklərin qarşısını almağa kömək edir”, – deyə Nərminə Abbasova izah edib.
Nərminə Abbasova deyir ki, narahatlığı azaltmağın və koqnitiv qabiliyyətlərin qorunub saxlanmasının başqa bir yolu da sarıkök yeməkdir. Göyərti, əsasən də ispanaq, manqold və acıqıjı yemək beyin üçün faydalı deyil: onların tərkibində folotalar var ki, bunlar da depressiya simptomlarının güclənməsinə səbəb ola bilər.
Sonda mütəxəssis turş kələm, miso, çay göbələk içkisi, qatıq və yoğurt daxil olmaqla daha çox mayalanmış məhsulları qidaya qəbul etməyi məsləhət görür.