yagli saclar

Yağlı saçlardan necə qurtulmalı?

Baxış sayı: 1. 988

Qadınların ən böyük problemlərindən biri də saçlarının tez yağlanmasıdır. Hər gün saçlarınızı yumaqdan bezmisinizsə, Ailem.az-ın təqdim etdiyi bu yazını oxuyun.

– Saçlarınızı yuyarkən suyun isti olmamağına diqqət edin. Soyuq olmasa belə, saçlarınızı ilıq suyla yuyun. İsti su saçların dərisini qurudur, buna görə orqanizm daha çox yağ ifraz etməyə başlayır və saçlarınız tez-tez yağlanır.

– Saçınızın tipinə görə şampun seçin. Tez yağlanan saçlar üçün kremli şampun istifadə etsəniz, daha tez yağlanmasına yol açar.

– Saçlarınızı tez-tez daramayın. Gün ərzində saçlarınızla az oynayın. Bu hərəkətlər saçları tez yağlandırır.

– Saçlara qulluq üçün krem istifadə edirsinizsə, saç diblərinə vurmayın.

– Həftədə 1 dəfə saçlarınızı sirkəli su ilə yuyun və fendən istifadə etmədən özlüyündə qurumasına buraxın. /ailem.az/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir