yemek

Yaşıl noxudlu toyuğu belə hazırlayın – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 949

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu dəfə oxucularımıza yaşıl noxudlu toyuğun hazırlanma qaydasını təqdim edirik.

 

İnqrediyentlər

3 ədəd toyuq bonfile

1 ədəd qırmızı uzun bibər

1 ədəd sarı dolmalıq bibər

1 ədəd baş soğan

2 diş sarımsaq

3 x.q yaşıl noxud

2 x.q. soya sousu

3 x.q. Super Sun yağı

1 ç.q. duz

0.5 ç.q. pul bibər

0.5 ç.q. qara istiot

 

Hazırlanma qaydası

Yaşıl noxudlar qaynar duzlu suda bir az qayanadılır. Soğan kub formasında doğranılır, sarımsaqlar xırdalanır, bibər və toyuqlar jülyen doğranılır. 2 x.q. ərinmiş Super Sun yağında soğanlar 2-3 dəqiqə sotelənir. Sarımsaqlar da əlavə olunur və sotelənməyə davam edilir. Soğan və sarımsaqlar yaxşıca yumşalanda yaşıl noxudlar, bibərlər də bura əlavə olunur. Bibərlər azca yumşalanda qalan yağ və toyuqlar da əlavə edilir. Ocaqdan almadan 2 dəqiqə əvvəl soya sousu və ədviyyatlar tökülür, 2 dəqiqə daha sotelənir, servis edilir.

 

Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir