Uzunömürlülüyə meylli insanlar koronavirusla əlaqəli risklərə az həssas olurlar. “Gencaile.az” saytı “Publika.az”-a istinadən istinadən xəbər verir ki, bu barədə Edinburq Universiteti və “Gero” biotexnologiya şirkəti araşdırma aparıb. Bildirilib ki, uzunömürlülüyə səbəb olan genetik mutasiyalar eyni vaxtda COVID-19-un daha yüngül gedişatına səbəb olur.
“Gero” şirkətinin qurucusu Pyotr Fediçevin sözlərinə görə, uzunömürlü insanlar (və onların övladları) xroniki xəstəliklərdən əhalinin orta səviyyəsindən daha az əziyyət çəkir. O hesab edir ki, bu genetik mexanizm ehtimal ki, koronavirus və digər təhlükəli infeksiyalarla mübarizə apara bilər.
Əlavə tədqiqatlar təsdiq edib ki, COVID-19-dan, hətta digər ağır xəstəliklərdən ölüm riski insanın bioloji yaşından asılıdır. Bu baxımdan mövsümi infeksiyalara və koronavirusa qarşı profilaktik tədbirlərə əlavə olaraq yaşlanma əleyhinə dərmanların istifadəsi tövsiyə olunur.