YUXU

Yatmaq vaxtı olduğunu biz necə başa düşürük?

Baxış sayı: 1. 279

Gündəlik bioloji ritmlərin (bioritm) və ya sirkadiya ritmlərinin göbələkdən tutmuş, insana qədər Yer üzündəki bütün canlılar üçün səciyyəvi olduğunu bilirdinizmi?

Bütün canlıların, o cümlədən, yalnız güclü mikroskop vasitəsilə görünən kiçik bakteriayaların da gündəlik bioritmləri var: təqribən 24 saat davam edən bioloji proses ümumilikdə bizim həyat ritmimizi müəyyən edir.

Bəs siz, gündəlik bioritmlərin bizə necə təsir etməsi barədə nə bilirsiniz?

 

1. Gündəlik bioritmlər demək olar ki, Yer üzündə həyat yaranandanmövcuddur

abstrakt şəkil

Hesab edilir ki, Yer üzündə ilk canlı hüceyrə gündüz vaxtı ultrabənövşəyi şüaların təsiri ilə zərər görüb, axşam isə bərpa olunub. İnsan orqanizmi də belə işləyir. Gecə vaxtı, yuxuda olan zaman bərpa prosesləri fəaliyyətə başlayır.

 

2. Daxili bioloji saat yalnız insanda mövcud deyil

mimoza, güllər, bioritm, güllərin bioritmi, мимоза

Mimozanın öz bioritmləri var – hətta güllər də gecə açılır və gecə bağlanır.

Hesab edilir ki, gündəlik bioritmlər Günəş işığının təsiri altında Yer üzündəki enerji istehsal edən bütün canlılarda var. Lakin günəş işığı kimi xarici qıcıqlandırıcı amillərlə əlaqəyə baxmayaraq, sirkadiya ritmləri daxili – endogen mənşəyə malikdirlər və bununla da orqanizmin bioloji saatını təmsil edirlər.

Fransız botaniki Augustin Pyramus de Candolle hələ 1834-cü ildə müəyyən edib ki, mimozanın yarpaqlarını açdığı və bağladığı dövr bir sutkadan qısadır və təqribən 22-23 saat təşkil edir. Yəni mimozanın yarpaqları günün qaranlıq vaxtında açılır.

 

3. Bioloji saat bizim həyatımızın ritmini müəyyən edir

göbələklər, bioritm

Hətta göbələklər də daxili bioloji saatla yaşayır.

Gündəlik bioritmlər canlılara gecənin və gündüzün, yayın və qışın gəldiyini əvvəlcədən bilmək və bu hadisələrə hazırlaşmaq imkanı verir.

 

4. Sizin sinxronizasiya funksiyası olan daxili saatınız var

hipotalamus, beyin mərkəzi, beyin, гипоталамусGrinviç vaxtını unudun. Gündəlik bioritmləri əks etdirən saatınız dəqiqdir və həmişə sizinlədir.

Sizin sinxronizasiya prosesinə cavab verən əsas bioloji saatınız hipotalamusda (beyin nahiyəsi) yerləşir. Bu saat-sinxronizatorlar dirijor kimidir, gün ərzində müxtəlif vaxtlarda sizə müəyyən tənzimləyici siqnallar göndərir.

 

5. Sizin “periferik saatınız” da var

bioritm, bioloji saat periferik saatDaxili və periferik saat həmişə sinxronizasiya prosesində olur.

Sizin bütün orqanların və toxumaların periferik saatları var, hansı ki, sizin hipotalamusdakı əsas saatla sinxronlaşır.

 

6. Hər hüceyrədə saat var

hüceyrə, abstrakt

Hər hüceyrənin öz gündəlik ritmi və saatı var.

Sizin orqanizmin hər hüceyrəsi 24 saat ərzində hüceyrədə baş verən dəyişikliklərə cavab verən öz daxili saatı ilə yaşayır.

 

7. İllik ritm

ayı, qış yuxusu, beyin, медведь

Ayı qış yuxusuna qışın gəlməsindən xeyli əvvəl hazırlaşmağa başlayır.

Gecələr uzun olan zaman beyin yuxunu və oyanıqlığı tənzimləyən melatonin harmonunu daha çox istehsal edir.

Bir çox canlılar, məsələn, marallar bu cür dəyişikliklərə qışlamağa və çoxalma mövsümünə hazırlaşmaqla reaksiya verirlər. İnsan orqanizmi də bu dəyişikliklərə reaksiya verir və ilin soyuq vaxtları üçün səciyyəvi olan müxtəlif infeksiyalarla mübarizə aparmaq üçün qışda daha çox antitel istehsal edir.

 

8. Gündüz işığı sizə rejimi qorumağa kömək edir

ürək, həyat, günəş, enerji, şüa, закат

Sağlamlıq üçün kifayət qədər günəş işığı almaq vacibdir.

Əgər sizə günəş işığı kifayət etmirsə, demək sizin bioloji saatınız 24 saatlıq ritmdən çıxıb.

Sizin gözlərinizdə yerləşən sensorlar işığa və qaranlığa reaksiya verərək, orqanizminizdəki sinxronizasiya prosseslərinə cavab verən siqnalları beyinə ötürür.

 

9. Yatmaq vaxtıdır?

yatmaq vaxtı, yuxu, gecə, vaxtında yatmaq

Yatmaq vaxtı olduğunu biz necə başa düşürük?

Siz yuxudan oyanan andan orqanizm yuxuya hazırlaşır. Lakin bioloji saatınız sizə yatmaq vaxtını deməyənə qədər siz yatmayacaqsınız.

 

10. Sinxronlaşdırma xaricində və ya jet lag

laptop üzərində yatan gənc, gənclərin yuxusu, vaxtında yatmaq

Gündəlik bioloji saatınızı çevirmək üçün orqanizmə vaxt lazımdır.

Jet lag – insanın gündəlik təbii ritmiylə sirkadiya ritminin uyğun gəlməməsidir.

Biz “jet lag” barədə o zaman danışırıq ki, sizin bioloji saatınız bir saat qurşağında işləyir, bədəninizin digər hissələri – ciyər, bağırsaq, beyin və əzələlər digər saat qurşağında yaşayır. Bu saatların fəaliyyətinin sinxronlaşdırılması üçün hər saat qurşağı bir günə yaxın olmalıdır. Yəni sizin saat qurşağı ilə müqayisədə 3 saatlıq fərq təşkil edən şəhərə gəlmizinizsə, o zaman sizin orqanizmə uyğunlaşması üçün 3 gün vaxt lazımdır.

 

11. Sosial “jet lag”

yorğun qadın həkim, həkim, yatmaq, yorğunluq

Zəngli saat sizə “oyanmaq vaxtıdır”, sizin orqanizm isə “bir az da yatmaq lazımdır” deyir.

Sosial jet lag dəyişkən cədvəllə işləməyə məcbur olanlar və ya “sosial” və “bioloji” saatı sinxronlaşmadan güclü çıxanlar üçün səciyyəvidir. Əgər zəngli saat sizin bioloji saatınız oyanmaq üçün siqnal verməzdən əvvəl zəng çalırsa, deməli siz “sosial jet lag” rejimində yaşayırsınız. Bir çox araşdırmalar sübut edir ki, “sosial” və “bioloji” saat arasındakı uyğunsuzluq depressiya, ürək xəstəlikləri, diabet, piylənmə və hətta xərçəngin yaranma riskini artırır.

 

12. Yeniyetmələrə çox yatmağa şərait yaradın

dərsdə yatan qız, yeniyetmələrin yuxusu, yuxu, gənclərin yuxusu

Tələbə üçün səhər 7-də oyanmaq, böyük adam üçün səhər 5-də oyanmağa bərabərdir.

Yeniyetmələrin orqanizmindəki hormonal dəyişikliklər ehtimal verir ki, onların bioloji saatı oyanmaq üçün siqnalı hər zamankından aşağısı iki saat gec ötürəcək. Yeniyetməni səhər saat 7-də oyandırmaq, 50 yaşlı insanı səhər saat 5-də oyandırmaqla eynidir. Yeniyetmə böyüdükcə onun bioloji saatı əvvəlkı ritminə qayıdacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir