Yaxşı oxumaq valideynlərdən irsi keçirmiş

Baxış sayı: 2. 014
Təhsil almağa həvəsin genetik kökü var və valideynlərdən övladlara ötürülür. “Gencaile.az” xarici qaynağa istinadən xəbər verir ki, bu barədə aparılan yeni tədqiqatın nəticələrində deyilir.
Tədqiqatda 1594 yeniyetmə iştirak edib. Onların hamısının qardaşı və ya bacıları olub. Alimlər bütün uşaqların genetik göstəricilərini müqayisə ediblər və genetik kodun təhsilə can atmağa məsul olan sahələrini tapmağa çalışıblar.
Alimlərin fikrincə, uşaqların bacı-qardaş olması xarici mühitin təsirini istisna edir, çünki onlar eyni mühitdə tərbiyə alıb və yaşayıblar.
Araşdırma nəticəsində alimlər isbat edə biliblər ki, həqiqətən də genlər uşaqların təhsilə can atmasının nə dərəcədə güclü olmasına məsuldur – yəni məsələ irsi amilin rolu var.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir