Yay aylarında çox rastlanan – Qadın xəstəlikləri

Baxış sayı: 1. 349

Yay aylarında tərləmə ilə bağlı qadınlarda ginekoloji problemlərin yaşanma riski artır. Aile.lent.az məşhur türk mütəxəssisi Cem Baykalın genetik infeksiyalarla bağlı qadınlara tövsiyələrini təqdim edir.

Bakteriyalara diqqət edin. Vaginada təbii və faydalı olmaqla yanaşı ziyanlı bakteriyalar da var. Bu pis xarakterli bakteriyaları hərəkətə keçirən isə çox isti, tərləmə, nəm və istiyə bağlı olan dəyişikliklərdir. Ən sıx görülən vaginal infeksiyalar arasında göbələk və bakterial vajinozis infeksiyalarıdır. Bu iki infeksiya halı göbələk hüceyrələri ya da bakteriyaların çoxalması nəticəsində ortaya çıxır və çox vaxt qaşıntı, göynəmə, narahatlıq, qızartı, axıntıya yol açır.

Sidik yolu infeksiyaları. Yay aylarında sıx görülən sidik yolu infeksiyaları bakteriyaların “üretra” adlanan sidik yolundan yuxarı yoluxması ilə meydana gəlir. Bu sidik yolu infeksiyaları sözün tam mənasında ağrılı və təhlükəli olur, eyni zamanda yuxarı doğru yayılaraq böyrəklərə getdiyində təhlükə riski artır. Tez-tez və ağrı verən sidiyə getmə, sidikdə qanlı rəng dəyişikliyi, tualet sonrası sidiyin bitmədiyi hissi ən mühüm əlamətləridir. Bu əlamətlər olanda mütləq həkimə getmək lazımdır.

Bu infeksiyalar sadəcə yaya bağlı amillərlə ortaya çıxmaz. Bundan başqa cinsi bölgədəki bakteriyaların varlığı və balansı, başqa səbəblə qəbul edilən antibiotiklər, doğum həbləri, immunitet sistemini gücsüzləşdirən şəkər xəstəliyi kimi səbəblər ya da cinsi bölgənizi qaşımaq, geyinmə zamanı mikrob yoluxması kimi amillər də səbəb olur. Ancaq insandan insana da fərq var. Bəzi insanlar infeksiyalara qarşı daha həssas olurlar.

Əgər hələ belə probleminiz yoxdursa, olmaması üçün aşağıdakı tövsiyələrimizə əməl edin.

Alt paltarını seçərkən diqqət edin. Yayda tam pambıqlı alt paltarı geyinin. Tərləyərkən də pambıqlı da olsa alt paltarınızı mütləq qurusu ilə dəyişdirin. Pambıq olmayanlar nəm və təri özünə çəkmir, üstəlik nəmi həftələrlə saxladıqları üçün daha çox xəstəlik riskini artırırlar. Yay aylarında tualetə gedərkən, yuyunarkən də əvvəl və sonra mütləq əllərinizi yuyun.

Yaş çimərlik paltarı. Yaş bikini ilə qətiyyən oturmayın. Dəsmalla qurulansanız da bikininizin hələ də yaş qaldığını unutmayın. Kirli dəniz, hovuz, göl kimi sulardan hər cür bakteriyaya yoluxa bilərsiz.

Yaş dəsmal. Ən yaxın dostunuzun belə dəsmalından istifadə etməyin. Ya da öz dəsmalınızı başqasının istifadəsi üçün verməyin. Yuyulan dəsmalların tam quru olmasına da diqqət edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir