Oksford Universitetinin mütəxəssisləri dərin yuxuya getmək və doyunca yatmaq üçün dişləri qaranlıqda təmizləməyi məsləhət görürlər.
“Gencaile.az”-ın məlumatına görə, nevropatoloq Rassel Foster bunu belə izah edib ki, insan dişlərini gecə üçün təmizləyərkən artıq onun orqanizmi yatmağa hazırlaşır, ancaq vanna otağında yanan işıq orqanizmi oyanmağa məcbur edir. “Belə təmizləmədən sonra yuxuya getmək çətin olacaq, ertəsi gün isə insan yorğun olacaq və yuxu aclığı hiss edəcək” – deyib mütəxəssis.
Fosterin başçılığı altında aparılan tədqiqat göstərib ki, dişlərin qaranlıqda təmizlənməzi sağlam yuxunun açarıdır. Tədqiqat müəlliflərinə görə, dişlərin zəif işıqda təmizlənməsi orqanizmi effektli şəkildə gecə istirahətinə hazırlayır – hansı istirahətdən ki, növbəti günün ovqatı asıldır.