qrip

Yay infeksiyalarından qorunmaq üçün həkim tövsiyələri

Baxış sayı: 529

Yay fəslini səbrsizliklə gözləyənlər arasında uşaqlar birinci yerdədir. Yay tətilində uşaqlar daha çox parkda, bağda, dənizdə və hovuzda çox vaxt keçirirlər. Xəstəliklərə qarşı həssas olduqları üçün bu dövrdə onlara daha çox diqqət göstərmək lazımdır. Yay mövsümündə müxtəlif risk faktorlarından xəbərdar olmaq, qabaqlayıcı tədbirlərin görülməsi uşaqların tətildən tam zövq almasına şərait yarada bilər.

Terapevt Məlahət Abbasova bildirir ki, yay aylarında uşaqlarda əl-ayaq-ağız xoraları müşahidə edilə bilər. Çünki enterovirusların yaratdığı infeksiyalar yayda daha çox olur.

Məlahət Abbasova “Xəstəlik bir baqşa xəstənin asqırması və öskürməsi, ifrazatları, zədələnmiş dəri ilə sıx təması, yoluxmuş hovuz suyunu udması ilə yoluxa bilər. Bu xəstəlikdə uşaqların ağızlarında, əllərində və ayaqlarında qabarcıqlar ola bilər və ya sadəcə ağızlarında yaralar ola bilər. Bu virus xlora davamlıdır. Hovuzda xlorlanmaya baxmayaraq, hovuz suyunu udmaq bu xəstəlik üçün risk yaradır. Xəstəliyi müalicə etmək üçün heç bir müalicə və ya peyvənd yoxdur. Boğaz ağrısı üçün qaşınma əleyhinə losyonlar və spreylər istifadə edilə bilər. Bundan əlavə, həkim tərəfindən boğaz ağrısı üçün antipiretik və ağrı kəsicilər tövsiyə edilə bilər” deyə həkim bildirir.

Digər bir uşaq yay xəstəliyi isə, sidik yollarının infeksiyası riskini artırır. Sidik yollarının infeksiyaları uşaqlarda, xüsusilə qızlarda ən çox rast gəlinən infeksiyalardan biridir. Temperatur və rütubət nə qədər yüksək olarsa, sidik yollarının infeksiyası riski bir o qədər yüksəkdir. Xüsusilə yaş çimərlik paltarı və yaş bikini ilə günəş vannası qəbul etmək sidik yolları infeksiyasının səbəblərindəndir.

“Xəstəlik sidik ifrazı zamanı yanma və ağrıya, tez-tez sidiyə getməyə, sidiyi bitirə bilməmək hissinə, sidikdə qanaxmaya, sidiyə bulanıqlığa, ağır və ya pis qoxulu sidiyə, qasıq və yaxud bel ağrısına və qızdırmaya səbəb ola bilər. Bu simptomlardan biri belə sidik yollarının infeksiyasını göstərə bilər” deyə həkim əlavə edir.

Məlahət Abbasovanın sözlərinə görə, uşaqlar böyüklərə nisbətən qulaq infeksiyalarına daha çox həssasdırlar. Belə ki, 6 uşaqdan 5-də üç yaşına çatmamış ən azı bir qulaq infeksiyası olur. Yayda bir çox fəaliyyət eşitmə sağlamlığına zərər verə bilər. Duzlu və ya şirin suda üzmək və suya dalmaq, təyyarə ilə səyahət etmək, yüksək səslərə və musiqiyə məruz qalmaq və ya atəşfəşanlığa baxmaq eşitmə problemi yarada bilər.

“İlin bu mövsümü qulaqlar üçün ən riskli ola bilər. Bu səbəbdən, xüsusilə ailənin ən gənc üzvlərində, belə sağlamlıq problemlərinə daha çox meylli olanlarda qulaq infeksiyalarının qarşısını almaq üçün əlavə diqqət yetirilməlidir”-deyə həkim vurğulayıb. O, bildirib ki, isti hava qidaların sürətlə keyfiyyətini itirməsinə səbəb olur. Yayda infeksiya və xəstəliklərin digər mühüm səbəbi qida zəhərlənməsi və ya qida yoluxucu xəstəliklərdir. Bakteriyalar isti, rütubətli mühitlərdə çoxaldığı üçün yay aylarında qida zəhərlənməsi nisbətən tez-tez baş verir. Tərəvəzləri, meyvələri, əlləri və bişirmə səthlərini tez-tez yumaqla, qidaların və qab-qacaqların çirklənməsinə yol verməməklə və qidaları müvafiq temperaturda bişirməklə bunun qarşısını almaq olar.

 

İradə Cəlil




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir