Yayın enerjisi bizi makiyajda bütün limitləri aradan qaldırmağa, istənilən rəngləri sınamağa icazə verir.
Bloger və makiyaj artistləri bunun üçün bizə saysız variantlarını təqdim edirlər. Xüsusilə al-əlvan rənglər yayın optimist atmosferini baxışlarınıza gətirəcək.
Rəngli göz layneri

Yayda qara laynerinizi fərqli rənglərlə yeniləməyə nə deyirsiniz? Bu minimal makiyaj hətta neon tonları da ram edir!
Tək rəng

Monoxrom göz kölgəsi ilə baxışlarınızı vurğulaya bilərsiniz.
Ağır göz makiyajı

Klassik makiyajdan vaz keçə bilmirsinizsə, göz qapağının ortasına parıltı əlavə eidn. Bu, gözlərinizi daha mənalı göstəcək. Unutmayın ki, belə makiyaj toy və ziyafətlər üçün idealdır.
Qarışdırın

Əgər makiyajda cəsarətli olmaqdan qorxmursunuzsa və rənglərlə oynamağı sevirsinizsə, mövsümün rənglərini göz makiyajınıza daxil etməkdən çəkinməyin!
Göz kənarlarını vurğulayın

Göz ucunu rəngləyin! Bu, geyiminizi makiyajla uyğunlaşdırmaq üçün praktik üsuldur.













































































































































































