covid-19

Yazda koronavirusla bağlı vəziyyət necə olacaq?

Baxış sayı: 635

Baharın gəlişi COVID-19 yoluxmalarının artmasına səbəb ola bilər. Ancaq buna havaların isinməsi deyil, əhalinin yüksək sosial aktivliyi təsir edəcək.

“Gencaile.az” saytı “Publika.az”-a istinadən xəbər verir ki, bu fikri N.F.Qamaleya adına Elmi-Tədqiqat Mərkəzinin virusoloqu Aleksandr Butenko söyləyib. Professorun sözlərinə görə, əlverişli hava şəraitinin başlaması ilə insanlar daha çox yeriməyə, ünsiyyət qurmağa başlayacaq və buna görə də infeksiyanın yoluxuculuğu artacaq. Mütəxəssis mövsümiliyin epidemiya prosesinin dinamikasında rol oynamadığını bildirib, eyni zamanda Hindistan və Braziliya kimi ölkələri misal göstərib.

 

 

Virusoloq vurğulayıb ki, hazırda yoluxma sayında azalma var, lakin vəziyyət sabitləşənə qədər məhdudiyyətləri aradan qaldırmaq tezdir. Bunun üçün iki amil tələb olunur – virusa yoluxanlarda təbii immunitetin əmələ gəlməsi və vaksinasiya. Əhalinin peyvəndlənmə göstəricisi 60-70 faizə çatmalıdır. Bundan başqa, bütün sanitariya qaydalarına riayət etməliyik.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir