kwsmikli ucbucaq

Yel çərşənbəsi menyusu

Baxış sayı: 1. 927

Bu gün Novruzun üçüncü çərşənbəsi olan Yel çərşənbəsidir. Yenə də xanımlar biş-düş düşünür, iki qat bayramı xüsusi qeyd etmək istəyirlər. Ona görə də, sizi çox da əziyyətə salmamaq üçün yenə də  bir-birindən dadlı üç resept təqdim edirik.

 

“Göbələkli bəh-bəh”

Ərzaqlar

Göbələk – 300 qram

Toyuq filesi – 300 qram

Baş soğan – 1 ədəd

Qaymaq – 50 qram

Holland pendiri – 60 qram

Bitki yağı

Duz, istiot

 

Hazırlanması

Toyuq filesi samanvari doğranıb yağda qovrulur, üzərinə yarımhalqa doğranmış soğan, göbələk əlavə edilir, duz, istiot səpilir. Qovrulan ərzaqların üzərinə qaymaq qatılıb istiyədavamlı şüşə qaba yığılır. Yeməyin üzərinə sürtgəcdən keçirilmiş holland pendiri səpilib 200 dərəcəyədək qızdırılmış sobada pendir əriyənə qədər bişirilir.

 

Şabalıd souslu salat

Ərzaqlar

Toyuq filesi – 150 qram

Rəngli bolqar bibəri – 3 ədəd

Pomidor – 2 ədəd

Xiyar – 1 ədəd

Duz, istior

Sousu üçün

Şabalıd – 200 qram

Cəfəri – 2 dəstə

Bitki yağı – 200 ml

 

Hazırlanması

Şabalıd çərtilir, pörtlədilib qabıqdan təmizlənir. Üzərinə cəfəri və bitki yağı əlavə edilib blenderdən keçirilir. Bu salatın sousudur. Toyuq filesi bişirilir və samanvari doğranılır. Bolqar bibəri, pomidor və xiyar samanvari doğranıb filenin üzərinə əlavə edilir. Salata şabalıd sousu, duz və istiot əlavə edilib qarışdırılır.

 

Kəsmikli “Üçqulaq”

Xəmir üçün

Un – 2 st.

Kərə yağı – 100 qr

Su – 1 st.

Duz – 1 çimdik

 

İçlik üçün

Kəsmik – 100 qr

 

Qızartmaq üçün

Bitki yağı

İçliyin hazırlanması

Kəsmik çəngəllə əzilir.

 

 

Xəmirin hazırlanması

Ələnmiş una yumurta, otaq istiliyində yumşaldılmış kərə yağı, duz, istiot və su əlavə edilir. Bərk xəmir yoğrulur. Xəmir yayılıb dördkünc formada kəsilir, içinə kəsmik qoyulub üçbucaq şəkildə bükülüb bitki yağında qızardılır. “Üçqulaq” süfrəyə xama ilə birlikdə verilir.

Nuş olsun!

 

Təqdim etdi: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir