Duş qəbul etmək
Yeməkdən dərhal sonra duş qəbul etmək heç də məsləhətli deyil. Duş qəbul edən zaman əl, ayaq və bədənin qan dövranı sürətləndiyi üçün mədə ətrafındakı qan dövranı zəifləyir. Bu isə həzm probleminə yol açır.
Qaçmaq və yatmaq
Heç bilrdinizmi ki, yeməkdən dərhal sonra yürüşə çıxsanız, daha öncə yedikləriniz həzm edilmir. Yeməkdən dərhal sonra yatmaq isə mədədə qastritə səbəb olur.
Çay və ya qəhvə
Mütəxəssislər çay və qəhvəni yeməkdən 2-3 saat sonra içməyi tövsiyyə edir. Əks halda içilən qəhvə və çay bədənin dəmir almasına mane olur və hemoqlobini aşağı salır ki, bu da qan azlığına ən böyük səbəb olur. yeməkdən sonra çay və qəhvə qəbul etməkdir.
Meyvə yemək
Yeməkdən sonra meyvə yemək. zərərlidir. Mütəxəssislər qeyd edirlər ki, bu zaman mədədə köp yaranır.
Siqaret çəkmək
Siqaretin zərərlərini bilməyən insan yoxdur. Sən demə yeməkdən sonra siqaret çəkmək 10 siqaretin zərərinə bərabər hesab olunur. Edilən bu səhv hətta xərçəng xəstəliyinə səbəb ola bilər. Buna görə də siqaret çəkməzdən öncə ən az 1 saat gözləmək lazımdır.
Su içmək
Yeməkdən dərhal sonra su içmək mədədəki qidaların həzm edilmədən bağırsağa keçməsinə, həmçinin, mədə suyunu azaldıb onun zəifləməsinə səbəb olur.
Samirə Tağıyeva