Fuad Huseynov

Yeni doğulmuş uşaqlarda hansı uroloji problemlərə rast gəlinir? – MÜSAHİBƏ

Baxış sayı: 10. 108

Fuad Hüseynov 2002-2004-cü illərdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yerləşən Tibb Akadamiyasının Torakal Cərrahiyyə kafedrasında Həkim Ordinator təhsili, 2007-2012-ci illərdə Turkiyə Respublikasının İzmir şəhərində Ege Universiteti, Uşaq Cərrahiyyəsi kafedrasında Uzmanliq təhsili alıb. 

2011-ci ildə ABŞ, Kaliforniya ştatının Los Angeles şəhərində Children Hospital Los Angeles klinikasında uşaq urologiyası, uşaq torakal cərrahiyyəsi, uşaq ümumi cərrahiyyəsi, uşaq travması üzrə klinik kursu bitirib. 2011-ci il Oktyabr ayında Türkiyə Respublikası, İstanbul şəhərində “Uşaq Urologiyası” kursu keçib.

Fuad Hüseynov “Türkiyə Uşaq Cərrahiyyəsi Dərnəyinin” fəxri üzvüdür. Hal-hazırda Mərkəzi Klinik Xəstəxanada Uşaq cərrahı olaraq fəaliyyət göstərir.

– Doktor, uşaqlarda ən sıx rast gəlinən uroloji problemlər hansılardır?

– Ən sıx rast gəlinen patologiyalar: kriptorxizm (enməmiş xaya), hipospadias (sidik dəliyinin cinsiyyət orqanının ucunda deyil, altına açılması), ureteropelvik birləşmənin darlığı (sidik axarının böyrək ləyənindən ayrılan sahənin darlığı), vesikoretral reflüks (işəmə zamanı sidiyin yuxarı, böyrəyin içinə geri qaçması) və s.

– Valideynlər bu məsələlərdə daha çox hansı səhvlərə yol verirlər?

– Ən ciddi səhvlərdən biri odur ki, valideynlər lazer ilə sünnət ifadəsinə inanırlar, hansı ki,  belə sünnət üsulu yoxdur), sadəcə bəzi “mütəxəsisslərin” reklam məqsədi ilə istifadə etdikləri mənasız ifadədir.  Uşaq, böyük insanın balacalaşdırılmış kopiyası deyil!!! Uşaq cərrahi və uroloji problemlerini uşaq cərrahları və uroloqları həll etməlidir. İstər illərin həkimi, istər güclü reklamı olan ümumi cərrahların və uroloqların elədikləri bir çox əməliyyatlar  sonrası xəstələr ciddi problemlərlə rastlaşırlar. Bəzən hətta bu hər hansı orqanın itirilməsinə də səbəb ola bilir.

– Sünnətin hansı yaşda olması məsləhətdir?

Sünnət üçün ideal yaş: 6 ay-2 yaşa qədər (bu yaşda uşaq əməliyyatı böyüyəndən sonra heç xatırlamaz) və 5 yaşın üstündə. 2-5 yaş arası uşaqlarda sünnət sonrası ciddi psixolojik problemler ola biləcəyi üçün məsləhət görülmür. Sünnət yerli və ümumi anestezi altında icra edilə bilər. Müasir tibbdə sünnətin anestezi altında olunması daha məsləhetdir. Türkiyənin ən qabaqcıl klinikalarında yerli anestezi ilə uzun illərdir sünnət icra edilmir.

– Uşaq xayasının birinin yerinə oturmaması nə kimi fəsadlara gətirib çıxara bilər?

1 yaşından sonra uşağın xayası enməyibsə o, mütləq cərrah kontroluna getməli və əgər diaqnoz təsdiqlənibsə, mütləq əməliyyat olmalıdır!

– Hamiləlik zamanı  USM müayinəsində döldə müşahidə edilən böyrək ləyənciyinin genişlənməsi gələcəkdə hansı problemlərə yol aça bilər?

– Hamiləlik zamanı görülən ləyən genişləməsi heç bir səbəbdən hamiləliyin sonlandırılmasına göstəriş ola bilməz. Uşaq doğulduqdan sonra təkrar USM olunmalıdır və yuxarıda qeyd etdiyim patologiyalar mütləq təsdiq ve ya inkar edilməlidir. Bu hallar təqibsiz qaldığı halda böyrəklerin funksiyasının azalmasına və hətta itirilməsinə səbəb ola bilər.

– Yenidoğulmuşlarda cinsiyyət orqanında müşahidə edilən qızarma hansı təhlükədən xəbər verir?

– Qızarma adətən ciddi problemlərə səbəb olmaz, müayinə və sadə müalicə ile ortadan qaldırıla biləcək problemdir.

 

Söhbətləşdi: UĞUR

 




3 şərh “Yeni doğulmuş uşaqlarda hansı uroloji problemlərə rast gəlinir? – MÜSAHİBƏ

  1. Zamıq

    Doktor salam.oglumun 2 yası var demey olarkı 5 6 aydı elını cınsıyyet orqanına cox aparır.dartısdırır sankı artıq bır sey kımı.cox narahat.bu her hansı bır xestelık ola bılermı?

    Cavabla
  2. Asim

    salam doktor ushaqi uzi edibler deyirler ki ushaqda 3 boyrek var.ne etmek lazimdir.bir aydi dunyaya gelib.oqlan ushaqidir aile daxilinde boyrek problemi hechkimde yashanmayib.xaish edirem cavablandirasiz

    Cavabla
  3. Hesenli

    Salam hekim xais edirem cavablandırasınız. Men 29 heftelik hamileyem. USM neticesinde dölün sol boyreyinde 16-18 mm genishlenme oldugu qeyd olunub (cinsi oglandı) Bu oz-ozune keche bilermi? Qorxulu haldır mı? Cox xais edlrem cavab yazasınız

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir