korpe

Sonsuzluğun çarəsi tapıldı

Baxış sayı: 1. 860

Regenerativ təbabət ən yeni istiqamətdir. Burada insanın kötük hüceyrələri öyrənilərək həmin hüceyrələrin implantasiyası ilə yeni müalicə metodu hazırlanır.

Kötük hüceyrələri bir növ “tikinti materialıdır”. Onun sayəsində insan orqanizmindəki müxtəlif nasazlıqları aradan qaldırmaq olur.

Milli.Az Rusiya KİV-ə istinadən bildirir ki, İsrail alimlərinin hazırladığı metodologiya sayəsində analığında sağalmaz qüsuru olan qadın bu yaxınlarda hamilə qalıb və sağlam uşaq dünyaya gətirib.

Həmin metodu israilli ginekoloq İliya Bar hazırlayıb. Bar metodu qadının öz orqanizmindən götürülmüş sağlam kötük hüceyrələri sayəsində analıqdakı qüsurların aradan qaldırılmasını nəzərdə tutur.

Barın metodu ilə hamilə qalan qadın deyir ki, bu kifayət qədər ağrısız və sadə prosedurdur.

Hazırda analıq arzusunda olan qadınlar həmin üsulla müalicə olunurlar. Həkimlər qeyd edirlər ki, müalicə olunan qadınların 80%-də nəticələr müsbətdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir