saç

Saçınıza diqqətlə baxın: xəstə ola bilərsiz!

Baxış sayı: 1. 992

Saç probleminiz orqanizmdəki vitamin və mineral itkisindən qaynaqlana bilər. Bədəndə hər hansı bir sağlamlıq probemi yaşandığında orqanizm ilk əvvəl saçdakı enerjini kəsir.

“Gencaile.az” “Aile.lent.az”a istinadən saç problemlərinin hansı xəstəliyin göstəricisi olduğunu təqdim edir.

İnsanda sağ və sol gicgah istiqamətində arxaya doğru keçəlliyin yaranması dəmir çatışmazlığı ilə bağlı olan qansızlığa işarədir.

Başın tən ortasından, təpədən keçəlliyin yaranması genetik amillərlə bağlıdır.

Saç dərisi həddən artıq yağlı olarkən saçın uclarının quru olması cinsi hormonlarla bağlı problem olduğuna göstəricisidir.

Saçda ümumi nazilmə, uzanmasında zəiflik və saç tellərində quruma hipertiroidin əlamətidir.

Saçların ümumi azalması və fərqli ölçülərdə uzanması insanda şəkər xəstəliyi, endokrin hormonlarla bağlı problemlərə işarədir.

Uzun müddətli istifadə edilən təzyiq dərmanları, qan sulandırıcı və xolesterol dərmanlarının saçın böyüməsini əngəllədiyi və saçda azalmanı sürətləndirdiyi deyilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir