qadin

Yeni ildə xoşbəxtliyin formulu

Baxış sayı: 1. 509

Daha bir ili də artıq başa vururuq. Geridə qoyacağımız il həyatımızda kiçik və ya böyük, yaxşı və ya pis olmaqla bir çox dəyişikliklərə yol açmış oldu. İndi isə yenilənmə və xoşbəxt olmaq zamanıdır. Bunun üçün yeni il məsləhətlərimizi oxumadan yan keçməyin. Xoşbəxt olmaq, xoşbəxt yaşamaq üçün sadəcə yeni ildə deyil, bütün ömrümüz boyunca etməli və etməməli olduğumuz nüanslar var ki, onlara diqqət etməliyik.

 

Bəlli olmayan sabah üçün bugününüzü qurban verməyin!

Ən böyük səhvlərimizdən biri əldə etdiklərimizi itirəcəyimizi düşünmək və onun qorxusunu hiss etməkdir. Bəzilərimiz kiçik bir problem olanda belə ondan “fil” düzəltməyi bacarırıq. Bu da, nəticədə səhv addımlar atıb qorxularımızın gerçəkləşməsinə yol aça bilir, həm də, əldə etdikərimizdən ləzzət almağımıza mane olur. Buna görə də, sabahımızın nə olacağını bilmədən bugünümüzü məhv etməli, qorxular içində yaşamalı deyilik. Sadəcə unutmayın ki, həyat surpizlərlə doludur.

 

Özünüzü kəşf edin!

Belə bir vaxtda əslində hər kəs nəyi bacardığını düşünməli olduğu halda bacarıqlarının fərqində olmurlar. Buna görə də əksəriyyət insanlar həyatlarını xoşbəxt edəcək şəkildə əhatə formalaşdıra bilmirlər. Əvəzində ailəsinin, müəlliminin, ətrafındakı hər şeyi yaxşı bilən “dost”larının təsiri altına düşərək onlar tərəfindən idarə olunurlar. Nəticə isə, bacarıqlarını bir yerdə basdırıb monoton həyat yaşayırlar və xoşbəxtliyin açarını tapmaq üçün də həll yolu psixoloqları görürlər. Amma hər şey tamam başqa cür ola bilər. Həyatı gözəlləşdirən amillərin başında insanın öz bacarıqlarını tapıb, o sahə üzrə inkişaf etməyidir. Beləliklə, sizin də etməli olduğunuz şey özünüzə “Mənim ən yaxşı bacarığım nədir?” sualını verməkdir. Bu suala cavab tapmaqla da xoşbəxtliyinizin də açarını asanlıqla tapacaqsınız.

 

Hər şeydən əvvəl “siz” önəmlisiniz!

“Əvvəl özüm” demək təbii ki, əksəriyyət insanlara eqoist təsiri bağışlaya bilər. Belə halla qarşılaşmamaq üçün “əvvəl sevdiklərim” deyə bilərsiniz. Çünki düşünə bilərsiniz ki, sevdiyim insanlara sahib çıxmasam, onları sevməsəm, qorumasam pis insan olacam. Amma bu düzgün düşüncə tərzi deyil. Bəli, hamımız ailəmizi və dostlarımızı sevməli, onlara kömək etməliyik. Bilin ki, sizin xoşbəxt olmağınız ətrafdakıları da xoşbəx edər.

 

Özünüzü təbrik edin!

Həyat sadəcə uğursuzluqdan, bədbəxtlikdən və xəstəlikdən ibarət deyil. Artqı stəkanın boş tərəfinə baxmağı buraxın, dolu tərəfinə, yəni əlinizdə olanlara baxın. Sonra sizin digərlərinin həyatında oynadığınız rola və onlara necə köməyiniz dəydiyinə baxın. Özünüzü təbrik edin və “gör nə qədər yaxşı iş bacarmısan, səninlə qürur duyuram” deyin.

 

Qaçmayın, addım atın…

Həyatınızda müəyyən müddətir olan və həll etmək istədiyiniz problemlər varsa, onlarla başa çıxmaq üçün qaçmaq əvəzinə kiçik addımlar atın. Nəticədə elə ilk mərhələdə həll olunması çətin görünən probleminizi həll etməyiniz həyatda mümkünsüz şey olmadığını və düzgün addım atdığınızda hər şeyin necə asan həlli olduğunu görəcəksiniz.

 

 Bağışlayın və unudun!

İndiyə kimi sizə haqsızlıq etdiyini düşündüyünüz üçün hirsli olduğunuz insanları bağışlayın və unudun. Sadəcə bilin ki, hirs və kin sizə neqativ enerji veren duyğulardır.

 

Hər şey “sevməklə” başlayır

Reklam çarxında deyildiyi kimi: “Xoşbəxtlik paylaşdıqca gözəl”. Bəli, sevgi və xoşbəxtlik paylaşdıqca artır. Buna görə də sevgilinizə, dostlarınıza, həyat yoldaşınıza, uşaqlarınıza, sevdiklərinizə onları nə qədər çox sevdiyinizi deməkdən çəkinməyin. Xoşbəxt olmağınız üçün ətrafınıza baxın, tez-tez təşəkkür edin. Çünki ətrafınızdakı insanların xoşbəxt olduğunu görmək sizə həm özünüzü yaxşı hiss etdirəcək, həm də münasibətlərinizi möhkəmlətmiş olacaqsınız.

 

Anı yaşayın

Biz həmişə indini yaşayanda indi ilə bərabər keçmiş və gələcəyi də beynimizdə özümüzlə bərabər hara getsək, ora da aparırıq. Amma bu bizə anı yaşamağımıza imkan vermir. Əslində isə əsas yaşamalı olduğumuz zaman indimizdir. Keçmiş bitdi, getdi. Gələcək isə hələ yaşanmayıb. Amma onun gözəl yaşanması üçün anın qədrini bilmək vacibdir. Və hər şeyi bir kənara buraxıb anı yaşamağa baxın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir