sufre

2018-ci ilə əlavə kalorisiz girə bilmək üçün hiylələr

Baxış sayı: 1. 286

Bayramlarda süfrələrimizdə demək olar ki, ən yaxşı yeməklərimiz olur. Bu da bizim üçün əlavə kalori deməkdir. Amma təqdim etdiyimiz hiylələrə əməl edərək siz də 2018-ci ilə əlavə kalorisiz girə bilərsiniz.

 

– Çalışın ki, Yeni il süfrəsinə oturana qədər nəsə yeyəsiniz.  Ac qalmaq heç də yaxşı deyil. Çünki əksər hallarda “əşi axşam hamı ilə birlikdə yeyərəm” deyirik, heç nə yemirik və nəticədə də mədəmiz boş qalır. Sonra isə olanlar olur. Mədənin boşluğu axşam masa arxasına oturanda çox yeməyinizə səbəb olacaq.

 

– Bayramı qeyd etməyi sadəcə yeməklə kifayətləndirməyin. Daha əyləncəli və hərəkətli proqram düşünə bilərsiniz.

 

– Əgər bayram axşamını çöldə, hansısa restoranda qeyd edəcəksinizsə çalışın ən az kalorili nədirsə onu yeyin. Əgər açıq bufeti olan bir yerdirsə, orada da ən kiçik boşqabı götürə bilərsiniz.

 

– Əgər spirtli içki qəbul edəcəksinizsə, bunu müəyyən limitlə qəbul etsəniz pis olmaz. Çünki spirtli içki əlavə kalori deməkdir. Bunun əvəzinə limonlu su içmənizdə fayda var.

 

– Şirniyyatla diqqətli olun. Çox şirniyyat yemək də daha çox kalori deməkdir.

 

– Əgər bayram axşamını restoranda qeyd edirsənsə və olduğun məkan evinə yaxındırsa evə piyada qayıdın. Evdə qeyd edirsinizsə, yeməkdən sonra təmiz havada 15 dəqiqə gəzmək kalorilərindən tez yaxa qurtarmaqda sizə kömək edər.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir