Koronavirus

Yoluxmanı 1 həftəyə 97% azaltmaq olar – EFFEKTİV ÜSULLAR

Baxış sayı: 956

Koronavirusa yoluxmanı 5 mərhələli planla 97% azaltmaq mümkündür. Bu sözləri Hacettepe Universiteti Tibb Fakültəsi Uşaq Yoluxucu Xəstəlikləri Şöbəsinin müdiri Mehmet Ceyhan qeyd edib.

Onun sözlərinə görə, bu layihə tətbiq olunduğu təqdirdə 1 həftə ərzində proqnozlaşdırılan nəticə əldə oluna bilər.

 

Layihə bu mərhələlərdən ibarətdir:

1. İş saatları təbəqələşməsi: iş yerləri əməkdaşlarına fərqli iş saatı müəyyən etməlidir. Bu, ictimai nəqliyyatda qələbəliyin qarşısını alacaq.

2. Kütləvi yığışmalara məhdudiyyət qoyulmalı: dost, qohum toplanışları 10 nəfəri keçməməlidir. Yas evlərində eyni zamanda ən çox 15 nəfər olmalıdır. Təbii ki, maska və sosial məsafə qaydaları tətbiq edilərək. Toy və nişan kimi mərasimlərdə məkanın açıq və ya qapalı olmasına görə kubmetrə bağlı insan sayı müəyyən olunmalıdır.

3. İnsanlar getdikləri ünvanlarda qeydə alınmalı: ən böyük problemlərdən biri insanların getdikləri şəhərlərə virus yaymasıdır. Buna görə də hər kəsə getdikləri yerə görə sosial məsafə, maska və gigyena qaydalarına riayət edəcəyinə dair müqavilə imzaladılmalıdır. Qaydaları pozanlar yüksək məbləğdə cəzalandırılmalıdır.

4. Gündə minlərlə test tətbiq edilməli: test siyasəti dəyişdirilməlidir. Gündəlik testə simptom aşkarlanmayan şəxslər də cəlb olunmalıdır. “Bu insan xəstədirmi?” testi ilə yanaşı, “bu insan virus yoluxdururmu?” testi də edilməlidir. Məsələn, səhiyyə işçiləri, sürücülər, qeydiyyat bölməsi işçiləri, xidmət sektoru, təyyarədəki ekipaj mütləq testdən keçirilməlidir. Çünki həmin şəxslərin yoluxdurma ehtimalı daha çoxdur.

5. 65 yaşdan yuxarı insanlar üçün xüsusi məkan və zaman ayrılmalı: qorxudan evdən çıxmayan minlərlə insan var. Onlar küçəyə çıxa bilməlidir. Beləliklə, immunitet daha da gücləndirilmiş olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir