yuxu

Yuxu cədvəlində edilən dəyişikliklərin fəsadları

Baxış sayı: 1. 478

ABŞ-ın Dyukan Universitetinin mütəxəssislərinin fikrincə, yuxu cədvəlini dəyişmək bir sıra sağlamlıq problemləri yarada bilər. Belə ki, bu zaman ikinci tip şəkərli diabet, piylənmə, ürəyin fəaliyyətində pozuntular kimi ağır fəsadlarla qarşılaşmaq mümkündür.

Alimlər bu qənaətə 50 yaşdan yuxarı 200 könüllünün üzərində aparılan tədqiqatların nəticəsində gəliblər. Alimlər iştirakçıların yuxu rejimini və davamiyyətini müşahidə ediblər. Mütəxəssislərin sözlərinə görə adətən bu istiqamətdə aparılan tədqiqatlarda yalnız yuxu davamiyyəti nəzərə alınır. Lakin budəfəki təcrübə məhz yuxu rejimini araşdırmağa yönəlib.

Məlum olub ki, eyni saatda yatıb-durmaq sağlamlıq baxımından mühüm rol oynayır. Belə ki, fərqli saatlarda yatıb oyananlarda yüksək şəkər və təzyiq yarana bilər və onlar digərlərinə nisbətən stressə daha çox meyilli olurlar. Bu adamlar gündüzlər də yuxululuqdan, bədənin tonusunun zəifləməsindən və depressiyalardan şikayət ediblər. Bundan əlavə müşahidələr göstərib ki, onlarda yaxın on ildə meydana çıxa biləcək ürək xəstəlikləri, insult riski daha yüksəkdir və orqanizmin maddələr mübadiləsi prosesi pozulub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir