qetl

Zərifləri kobudlaşdıran müdhiş “sirr”lər…

Baxış sayı: 1. 022

Ötən il Azərbaycanda 1039 qadın cinayət törədib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qadınlar ən çox oğurluq ediblər. 2019-cu ildə ölkədə cinayət törədən 1039 qadından 11 nəfəri adam öldürüb, bir nəfər isə öldürməyə cəhd edib. Eyni zamanda cinayət törədən qadınların 137-si oğurluğa, 100-ü dələduzluğa, 97-si narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə, 58-i yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaya, 46-sı xuliqanlığa, dördü rüşvətxorluğa görə məsuliyyətə cəlb ediliblər.

Qadınları cinayətə sövq edən səbəbləri şərh edən “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mehriban Abdullayeva bildirir ki, cinayəti törədən hər bir şəxs istər-istəməz sonradan peşman olur:

“”Səhv etmişəm” deməklə heç nə dəyişmir. “Daldan atılan daş topuğa dəyər” deyiblər. Müxtəlif  hadisələrlə rastlaşırıq. Qadın koloniyasında görüşlər keçirən zaman müxtəlif cinayətlər törədən qadınlar var idi. Onların hamısı əməllərindən peşimandır. Cavan qızlarımız, yaşlı xanımlarımızla söhbət aparanda öz səhvlərini etiraf edirlər. Müxtəlif əməllər törədənlər-cibgirlər, ərlərini öldürənlər və.s məhbuslar var idi. Bəzən deyirik ki, “qadındır, anadır, övladı var”. Amma söhbət cinayətdən gedir. Hadisə baş verəndən sonra təbii ki, hər kəs cəzasını çəkməlidir”.

Birlik sədrinin sözlərinə görə, cinayəti törətməyə sövq edilən qadınlar da var:

“Məsələn, bir qadın tanıyırdıq ki, yoldaşı onu daim döyürdü. İllər ərzində o qadın hər cür şiddətlərə məruz qalıb. Sonda isə yoldaşını öldürüb. Bu cür dəhşətli hallar da baş verir”.

M.Abdullayeva vurğulayıb ki, insanlar ən kritik məqamda belə sakit başla düşünməlidirlər:

“Qadın təşkilatı olaraq müxtəlif problemlə qarşılaşan qadınlar bizə müraciət edir. Hər zaman qadınlara deyirəm ki, “Yoldaşın üstünə bıçaq çəkirsə, bir gün səni öldürə də bilər”.

Bunların hamısı yığılaraq böyük problemə çevrilir. Sonda qadın kişini yaxud da əksinə kişi qadını öldürür. Ona görə də cinayətin baş verməməsi üçün əvvəlcədən ölçüb-biçmək lazımdır.

Hadisə yaşanandan sonra isə qadın ya da kişi fərq etməz, cinayət törədən şəxs cəzasını çəkməlidir. Qanun hər kəs üçün eynidir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir