sevgi

Münasibətlərinizə sehrli toxunuş- 8 QIZIL TÖVSİYƏ

Baxış sayı: 854

Adətən, bir müddət sonra münasibətlərdə monotonluq yaranır. Bu da cütlükləri yorur, bir-birlərinin sevgisinə inamı azaldır, hətta ayrılıqlarla da nəticələnir. Əslində hər gün kiçik jestlər edərək münasibətlərinizdə müsbət dəyişiklik edə bilərsiniz. Necə?

Beləliklə, Türkiyə mətbuatına istinadən münasibətlərinizə sehirli toxunuş təsiri bağışlayacaq 8 qızıl tövsiyəni təqdim edirik.

telefon-yuxu

Telefonunuzu söndürün

Axşam yeməyi zamanı sosial media hesablarınızı izləyirsinizsə, telefonunuzu söndürmə vaxtı gəldi deməkdir. Sosial mediadan tez-tez istifadə münasibətlərdəki xoşbəxtliyə mane olur. Bəzi insanlar əsəbi olduqda, heç bir şey deməmək üçün telefonları vaistəsilə həyat yoldaşına mesaj yazmağı seçir. Bu, sevgilisi ilə özü arasındakı məsafəni saxlamaq üçün üstünlük verilən bir üsuldur. Həyat yoldaşınıza sevgi dolu bir mesaj göndərmək çox gözəl addımdır. Amma problemləri üz-üzə danışıb həll etmək daha düzgün olar.

Gent.az - Kişilər niyə məşuqəyə ehtiyac duyur?

Həyat yoldaşınız ilə eyni vaxtda yatağa girin

Həyat yoldaşınız ilə rahat bir vaxt keçirə bilməyəcəyinizi düşünürsüz? Əsasən qadınlar bu mövzuda xüsusilə həssasdırlar. Elə isə yatağa eyni vaxtda girmək bir həll yolu ola bilər. Gec yatan biri olsanız da, onunla birlikdə yatağa uzanın və o yuxuyana gedənə qədər yanında qalın. Yataqda olarkən toxunun və sarılın. Hər ikiniz kifayət qədər yatmalısınız. Gecələri kifayət qədər yatmayan insanlar ertəsi gün həyat yoldaşları ilə daha çox dalaşırlar.

Qəhvə | Axtarış | Kayzen

Həyat yoldaşınıza bir fincan qəhvə hazırlayın

Yoldaşınıza olan sevginizi ifadə etmək üçün hər zaman möhtəşəm jestlər etməyə ehtiyac yoxdur. Məsələn, onun üçün səhər sadə bir qəhvə hazırlamaq belə münasibətlərinizi yaxşılaşdırmağa kömək edə bilər. Tez-tez bir-birinizə etdiyiniz kiçik jestlər xoşbəxt münasibətlərin göstəricisidir.

sEVGI

Keçmişdə baş verən gülməli bir anı xatırlayın

İlk tanış olduğunuz vaxtdan danışın. Getdiyiniz yerləri, birlikdə etdiyiniz şıltaqlıqları yada salın.  Bəzən ən yaxşı xatirələr ən gülməli olanlardır. Araşdırmalara görə, tez-tez gülməli anlarını xatırlayan cütlüklər digərləri ilə müqayisədə daha çox xoşbəxtdirlər. Çünki insanlar o hadisələri xatırlayanda yenidən gülürlər. Bu da münasibətə yeni nəfəs gətirir.

sevgi

Yeməkdən əvvəl rəqs edin

Mütəmadi olaraq yeni şeylər edən cütlüklərin daha yaxşı münasibəti olduğunu bilirdinizmi? Şam yeməyi yeni bir şey sınamaq üçün yaxşı zamandır. Yemək bişirərkən xoş musiqi səsləndirin və birlikdə rəqs etməyə başlayın.

sevgi

Onu tez-tez qucaqlayın

Qucaqlamaq və ya əlini tutmaq münasibətləri canlandırmanın ən sadə yollarındandır. Həyat yoldaşınıza nə qədər çox toxunsanız, uzun müddət bir-birinizə qarşı münasibətiniz daha səmimi olacaq.

sevgi

Ona yeni bir sual verin

Son dəfə nə vaxt yoldaşınızdan onun haqqında və ya maraqları barədə bilmədiyiniz bir şey soruşmusunuz? Münasibətlər inkişaf etdikcə, hər kəs dəyişir. Bu səbəbdən münasibətinizin ilk illəri ilə müqayisədə sevgilinizin maraqlarında və ya istəklərində dəyişiklik ola bilər. Buna görə də ona hərdən fərqli suallar verin. Bu onu təəccübləndirəcək.

Sevgi

Ona tez-tez təşəkkür edin

Həyat yoldaşınıza tez-tez təşəkkür edin. Onun sizə qarşı etdiyi ən kiçik jestə görə belə təşəkkür etsəniz, bu münasibətinizə yaxşı təsir edəcək. Məsələn, xanımınıza ev işlərini etdiyinə görə təşəkkür edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir