ISTI HAVA

İstinin mənfi təsirlərini azaltmağın yolları

Baxış sayı: 578

Yay aylarında havaların olduqca isti keçməsi insanları narahat edir. Bu səbəbdən də hər kəs havanın yüksək temperaturu fonunda onun mənfi təsirlərindən qorunmağa çalışır. Bu mövzuda danışan  rusiyalı terapevt Nadejda Çernışova istidə insanların iştahasının öz-özünə azaldığını və bu üzdən bədənin bu siqnallarına etibar etmək lazım olduğunu deyir.

“Bu günlərdə menyuda yüngül yeməklər üstünlük təşkil etməlidir. Soyuq tərəvəz şorbalarına, vegetarian yeməkləri, az yağlı toyuq və balıq yeməklərinə üstünlük verin. Ağır ətli qidaların yanında ədviyyatlı xörəklər yemək də məqsədəuyğun deyil. Onların bədəni istiləndirmək xüsusiyyəti var, istidə soyuq yeməklərə daha çox ehtiyacımız var. Məsələn, dovğa, doğramac, müxtəlif salatlar və soyuq şorbalar, smuzi və ya dondurma.

Bununla birlikdə boğaz ağrısı və ya səs tellərinin iltihabının qarşısını almaq üçün soyuq qidalar və içkilərlə ehtiyatlı olmaq lazımdır. Əsasən heç bir qatqısı olmayan su içməyə çalışın. İstidə ən yaxşı içki çox soyuq olmayan adi sudur.

İsti havada qəhvə və çaydan da çəkinmək lazımdır. Məsələ burasındadır ki, bu cür içkilər isti havada onsuz da su çatışmazlığı yaşayan orqanizmdən mayenin atılmasını sürətləndirir. Bundan əlavə, itsi içkilər ürək ritmini sürətləndirir ki, bu da belə havalarda son dərəcə arzuolunmazdır, ürək-damar sistemi onsuz da artan stress altındadır”.

Ödemin qarşısını almaq üçün Nadejda Çernışova hərəkətdə olmağı, iş yerində ən azı 1 saat fasilə verməyi və ya mümkün qədər gəzməyi məsləhət görür. Hər kəsin belə uzun müddət gəzmək imkanı yoxdur, amma hərdənbir ayağa qalxmaq heç nədən daha yaxşıdır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir