anasayfa

Zülal onkoloji xəstəlikləri inkişaf etdirirmiş

Baxış sayı: 1. 964

Xərçəng xəstəliklərinin inkişafı həyat tərzi, o cümlədən siqaret və heyvan mənşəli məhsulların qəbulu ilə ciddi şəkildə əlaqəlidir. Bununla bağlı nəticəni Ümumdünya Səhiyyə Təşkilatı 2008-ci il üçün xərçəng xəstəliklərinin dünya üzrə göstəricilərini toplayarkən əldə edib.anasayfa

Göstəricilərdə xərçəngin 157 ölkədə 21 növü nəzərə alınıb. İnsanların rasionundakı dəyişikliklərlə xərçəngə yoluxmanın ən yüksək göstəriciləri arasındakı vaxt təxminən 20 ili əhatə edib. Ət, balıq və yumurta heyvan məhsulları indeksinə daxil edilib. Ağciyər xərçənginin göstəricilərindən isə siqaret çəkmə və çirkli hava effektləri indeksi qismində istifadə olunub.
Nəticədə xərçəngin yayılma indekslərinin 50%-dən artıq göstəricisini 87 ölkədə siqaret çəkmə və heyvan məhsullarından istifadə indeksi ilə izah etmək mümkün olub. Xərçəngin yaranma səbəblərindən biri spirtli içkilərin qəbulu ilə əlaqələndirilib. Kişilər üçün siqaret çəkmə, qadınlar üçün isə rasion əsas faktor olub. Sonuncunun süd vəzisinin, yumurtalıqların xərçəngi, mədəaltı vəz, prostat və qalxanvari vəzin xərçəngi ilə sıx əlaqəli olduğu aydın olub.
meddaily.ru saytının məlumatına görə, heyvan məhsulları xərçəngin inkişafına səbəb ola bilər, belə ki, onlar bədənin toxumaları kimi şişlərin də inkişafını aktivləşdirir. Misal üçün, əvvəllər, yaponların rasionunun 10%-ni heyvan məhsulları təşkil edirdi. Hazırda isə bu göstərici 20%-dir. Buna görə də son 20-30 ildə xərçəngə yoluxma səviyyəsində artım müşahidə edilir. /azvision.az/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir