ecnebi toy

Əcnəbilərlə evlənən azərbaycanlılar – Qadınların sayı kişilərə çatıb

Baxış sayı: 264

2017-ci il ərzində Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 58,3 min nikaha daxilolma halı qeydə alınıb.

Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəfael Süleymanov bildirir ki, 2017-ci ildə qeydə alınan nikahlardan 1105-i Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında, 1054-ü isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanıb.

Image result for Əcnəbilərlə evlənən azərbaycanlılar

Azərbaycan vətəndaşı olan qadınlar əsasən, Türkiyə, Rusiya Fedrasiyası və Gürcüstan vətəndaşları ilə, kişilər isə əsasən Rusiya Federasiyası, Gürcüstan və Ukrayna vətəndaşları ilə nikah bağlayıblar.

Dövlət Komitəsi eyni zamanda, əcnəbilərlə nikaha daxil olan azərbaycanlıların boşanma halları ilə bağlı statistik müşahidə aparılmadığını açıqlayıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir