burcler

Ən istedadlı bürclər hansıdır?

Baxış sayı: 431

Hər bir insanın öz istedad və nadir qabiliyyəti var. Bu istedadı vaxtında görməyə və üzə çıxarmağa astrologiya kömək edə bilər.

“Gencaile.az” oxucuları zodiak işarələrinin gizli qalmış qabiliyyətləriylə tanış edir.

 

Qoç

Qoç fitri istedada malikdir, çox impulsiv rəhbərdir və təkcə işdə deyil. Onlar layihə və ideyaların preskpektivliyini müəyyən edir, eyni zamanda insanları motivasiya etməyi yaxşı bacarırlar. Bu bürcün nümayəndələri tez hirslənən adamlardır, onlar cəmiyyətdə öz temperamenti ilə asanlıqla seçilir.

 

Buğa

Bu bürclərin soyuqqanlılığı və qeyri-adi gücü təkcə onun özünə deyil, həm də ətrafdakılara dayaq olur. Məhz bu səbəbdən də insanlar daim onlara tərəf can atır. Buğalar ətrafında sülh yarada bilir. Ümumiyyətlə, Buğa bürcləri istənilən xoşagəlməz hadisələri özlərindən gözlənilməz şəkildə uzaqlaşdırmaq qabiliyyətinə malikdir.

 

Əkizlər

Əkizlər bir neçə işi eyni zamanda görməkdən böyük zövq alır. Və bu zaman onlar əlavə səy göstərmir, deyəsən onların beyinləri sonsuz sayda informasiya emal etmək iqtidarındadır. Lakin Əkizlərin ən parlaq qabiliyyəti pulları hiss etməkdir. Adama bəzən elə gəlir ki, onlarda pul havadan yaranır.

 

Xərçəng

Mürəkkəb təbiətə malik olan Xərşəng bürcləri hisslərin ifrat dərinliyi hesabına böyük istedada malikdir. Belə keyfiyyətlərə sahib olan adam öz yaxınları üçün güclü dayaq və müdafiəçidir. Xüsusilə ailənin çətin günlərində bütün yükü öz çiyinlərində daşımağa hazırdır.

 

Şir

Bu bürcün nümayəndələri təkrarolunmaz məlahətə və gözəlliyə, həmçinin liderlik xüsusiyyətlərinə malikdir. Bu da təsadüfi deyil, axı onları Günəş idarə edir. Üstəlik, onlar öz uğurlarını yaxınlarıyla bölüşür.

 

Qız bürcü

Qız bürclərinin məntiqi ilə duyğuları bir-birinə qəribə şəkildə uzlaşır. Bununla belə onlar prqamatik və çox zəhmətkeşdirlər.

 

Tərəzi

Onlarda anadangəlmə zəriflik və yüksək zövq duyumu dərhal hiss olunur. Tərəzilər təbiətən sənətkardır, buna görə də gözəl incəsənət xadimləri, modelyerlər və ya tənqidçiləri ədətən bu bürcdən olur.

 

Əqrəb

Əqrəblərin hər şeyi, o cümlədən özünü məhv etmək qabiliyyəti barədə çox deyilib. Onlar anadangəlmə liderdir, qəribə intuisiyaya malikdir, heç bir halda heç kimə güzəştə getmir və bununla bərabər ədalət hissini həmişə qoruyur.

 

Oxatan

Oxatanlar yalnız öz üzərində işləyir və yalnız özünə görə cavab verir. Bu, onlarda əla alınır. Başqalarına toxunmadan öz şəxsi məkanın sərhədlərini hiss etmək və dəstəkləmək bu bürcün nümayəndələrinin əksəriyyətinə xas olan gözəl qabiliyyətdir.

 

Oğlaq

Sabit mövqeyi, rasional təfəkkürü və kifayət qədər təmkinli olması hesabına özündə liderlik xüsusiyyətlərini daşıyır. Onlar təkcə həyat verməyi deyil, həm də yaşamağı bacarırlar.

 

Dolça

Dolça bürcü ənənəvi olaraq əfsanəvi ideyaların sahibi kimi qarşılanır. Onlar yenilənmənin və gəncliyin təcəssümü kimi dünyanın inkişafına kömək edən həmin qüvvə olurlar. Dolçalar öz hərəkətverici enerjisi ilə ətrafdakıları da yoluxdurmağı bacarır.

 

Balıq

Balıqlar ən əsrarəngiz bürclərdən biridir, çünki məhz onlar gücünü xəyallar dünyasından alır. Deyirlər ki, Balıq bürclərindən öz qəlbinin sirlərini gizlətmək olmaz, ona görə də onlar gözəl psixoloqlar ola bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir