sevgi

Ən məşhur 10 sevgi hekayəsi

Baxış sayı: 719

Onlar yaradıcı gücü ilə adlarını tarix kitablarına yazdırdılar. Yaşadıqları sevgi də dildən-dilə dolaşıb dastan oldu. “Gencaile.az” dünyanın ən məşhur 10 sevgi hekayəsini təqdim edir.

1.Yəhya Kamal və Celile Hikmet

Məşhur türk yazıçısı Nazim Hikmətin anası Celile Hikmet və sevgilisi Yəhya Kamalın yaşadığı sevgi Celilenin bir müddət sonra ərindən boşanması ilə nəticələnib. Yəhya Kamal Nazimin müəllimi olaraq o evə gedib gəlirdi. Nazimin onun cibinə qoyduğu “müəllimim olaraq girdiyiniz bu evə atam olaraq girə bilmərsiz…” məktubundan sonra bir müddət ora gedə bilmədi. Celile xanım sevgi dedi-qodularını təsdiqləyərək Yəhya ilə evlənmək istəsə də, Yəhya Kamal buna razılıq vermədi. Sevgi üzüntüsü yaşayan Celile Parisə gedərək orda rəssamlıqla məşğul oldu. Onların sevgisi “Celile Hanım” romanında əks olunub.

2. Orxan Veli və Nahit Fiatlı

Türk ədəbiyyatında bir çox şairlə yaxın dost və sevgi münasibətləri ilə tanınan Nahit xanım ədəbiyyatda Orxan Vəlinin sevgilisi olaraq tanınıb. İki evliliyi boyunca da Orxan Vəli ilə sevgi yaşayıb, onun şeirlərinin ilk oxucusu olmuşdu. Bu sevgi 1950-ci ildə Orxan Vəlinin ölümü ilə sonlanıb.  Orxan Vəlinin “Sevgi rəsmi” adlı şeirində bu misralar Nahit xanıma həsr olunub:

Heç brinə bağlanmadım

Ona bağlandığım kadar

Sade kadın deyil, insan

Ne kibarlık budalası

Nə malda mülkdə gözü var

Eşit olsa der

İnsanları sevmesini bilir

Yaşamayı sevdiyi kadar

3. Ahmet Arif və Leyla Erbil

Tək bir şeir kitabı “Hasretindən Prangalar Eskitdim” ilə ədəbiyyat dünyasında tanınan Ahmet Arif Leyla Erbili böyük sevgiylə sevirdi. Ancaq bu sevginin qarşılığı yalnızca dostluq oldu. Onların sevgisi 2013-cü ildə kitab halına gətirilib.

4. Rainer Maria Rilke və Lou Salome

Şair Rilkedən başqa Freyd və Nitşenin də ürəyini oğurlayan Lou, o zamanın ən intellektual və azad qadınlarından biri idi. Freydin sevgisinə cavab verməyən, Nitşenin evlilik təklifinə “yox” deyən Lou hər şeyə şübhəsiz güvənən və qorxu nədir bilməyən bir qadın idi. İlk gerçək sevgini Rilke ilə yaşayıb. 21 yaşlı Rilke özündən 15 yaş böyük bu qadını çox sevirdi. Lou isə bütünlüklə onun olmağa qərar verdi.

Ancaq münasibətlərinin Rilkenin yaradıcılığına müsbət təsir etdiyini görüncə onu tərk edib. Sevgiləri4 il davam edib. İllər sonra ölüm yatağında olan Rilke bu sevdiyi qadını sonuncu dəfə görmək istədiyində “xatirələrə sonsuzadək sadiqəm, ancaq kişilərə yox!” cavabını alıb.

5. Frida Kahlo və Diego Rivera

İki meksikalı sənətçinin sevgisi xəyanətə rəğmən heç bitmədi. Evləndiklərində Diego 42, Frida isə 22 yaşında idi. Diego Fridanın bacısı da daxil olmaqla bir çox qadınla Fridaya xəyanət etsə də, ehtiraslı sevgiləri heç bitmədi.

Frida Kahlo Diego Riveranın həyat yodaşı olaraq tanınsa da, 1980-ci ildən sonra ən məşhur rəssam olaraq qəbul edildi. Sevgiləri 2000-ci ildə “Frida” filmi ilə ölümsüzləşdi.

6. Artur Miller və Merlin Manro

Üçüncü evliliyini Arsur Millerlə quran Merlin Manro həmişə Miller üçün yetərsiz qalmaqdan qorxurdu. Bir gün bu da oldu, Miller onun davranışlarından utandığını və peşman olduğunu dedi. Evlilikləri də o zaman bitdi. Onların sevgi hekayəsi kitab və filmdə əks olunub.

7. Frans Kafka və Milena Jisenka

Fransın özündən 12 yaş kiçik Milena ilə tanışlığı 1920-ci ilə söykənir. Milena Kafkanın əsərlərini çex dilinə çevirirdi. İşdə başlayan mesajlaşmalarla alovlanan bu sevgi ancaq 2-3 dəfə görüşlə yaşanırdı. Çünki Milena evli idi və bu sevgi imkansız idi.

Kafka Milenaya “Yer üzündə tam olaraq bildiyimiz heç bir şey yoxdur, ancaq bunu yaxşı bilirik ki, biz heç bir zaman birlikdə olmayacağıq” yazır və bu sevgi yalnız məktublar üzərində davam edir. Kafka 1924-cü ildə vərəmdən ölüb, Milena isə 1944-cü ildə vəfat edib. Geriyə qalan “Sevgili Milenaya yazılan məktublar” olub.

8.D.H. Laurens və Frieda Uikli

Bu yasaq sevgi böyük skandallardan biri oldu. “Lady Chatterleyin aşiqi” kitabının müəllifi Laurens, evli olan Frida ilə tanış olduğu gündən ona vuruldu.

Frida Laurensə gğrə əri və uşaqlarını tərk etdi. Almaniyaya qaçaraq evləndilər. Sevgiləri 1985-ci ildə “Coming Through” filmi ilə ölümsüzləşdi.

9. Con Naş və Alisia Larde

Riyaziyyat dahisi Con Naş və həyat yoldaşı Alisia Larde gah küsüb, gah barışsalar da, münasibətlərini “bir evdə iki yad insan” olaraq tanıtdırsalar da, 2001-ci ildə yenidən evləniblər.

10. Lev Tolstoy və Sofiya Tolstoy

Tolstoyu Tolstoy edən qadın Sofiya, evlənəndə hələ 16 yaşında idi. 12 uşaqları olan cütlüyün sevgisi “Sevginin son mövsümü” filmi ilə ölümsüzləşdi.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir