Fazile Camalova

Əqli gerilik haqda ilginc məqamlar – MÜTƏXƏSSİS YAZIR

Baxış sayı: 513

Ağır əqli geriliyi olan uşaqlarda anadangəlmə fiziki məhdudiyyətlər olur. Bu hətta uşağın həyati funksiyalarına mane ola bilər. Bəziləri yeriyə bilmir və danışa bilmir. Bəzi uşaqlar bir neçə sözlə danışa bilirlər. Yetkinlik yaşına çatdıqda anal yaşdakı zəka səviyyəsinə sahib olurlar. Onların daimi  köməyə ehtiyacları olur, özlərini təhlükələrdən qoruya bilmirlər. Bu uşaqlara təmizlik, yemək və tualet vərdişləri xüsusi təlimlərlə təmin edilir.

Yeni doğulmuş körpənin zəkasını proqnozlaşdırmaq mümkün deyil. İnkişaf dövründə həmyaşıdları ilə müqayisədə dəstəksiz oturma və yerimə kimi motor bacarıqları ilə ətraf mühitə reaksiya verə bilməmək zehni məhdudiyyətlərin  əlaməti ola bilər. Bu cür uşaqlar yaşıdları ilə müqayisədə inkişafda gerilik yaşayırlar. Danışmaq, yerimək və sadə tapşırıqları yerinə yetirmək bacarığı həmyaşıdlarından geri qalır. Onlar ancaq 6-7 yaşlarında adekvat danışa bilmək, sosial əlaqələr qura bilmək səviyyəsinə çatırlar. Zamanla aldıqları dəstəklər nəticəsində  sadə cümlələrlə danışa bilirlər. Lakin onların söz xəzinəsi dardır. Təhsil əqli geriliyi olan uşaqlar üçün ən vacib şərtdir. Yemək, təmizlik və tualet vərdişləri və ictimai qaydalara riayət etmə bacarığı qazanıla bilər. İbtidai məktəbə başlayanların çoxu öyrənə bilmədikləri üçün 1-2 il ərzində məktəbdən uzaqlaşdırılır. Onların az bir hissəsi 10-12 yaşında oxumağı və yazmağı öyrənə bilirsə, təlim keçərək, onlara çox bacarıq tələb etməyən, sadə və məsuliyyət yükləməyən işlərdə işləmək imkanı yaradıla bilər. Bununla belə, başqasının nəzarəti altında işləməlidirlər. Bir işdə işləmək sosiallaşma baxımından çox faydalıdır.

Əksəriyyət uşaqların əsas çətinlikləri akademik öyrənmə ilə bağlıdır. Onlar yavaş-yavaş və çətinliklə öyrənirlər. İbtidai məktəbə başlasalar da, yalnız bəziləri ibtidai məktəbi bitirə bilir. Onların əksəriyyəti yalnız ibtidai məktəb dövründə uğursuzluqları səbəbindən nəzərə çarpır, çünki görünüşlərində heç bir deformasiya və inkişafında əhəmiyyətli bir geriləmə yoxdur. Oxumağı və yazmağı gec və çətinliklə öyrənirlər. Onların diqqəti və yaddaşı zəifdir. Öyrəndiklərini tez unudurlar. Onlar özəl müəllimlərin nəzarəti altında yavaş templi və sadə təhsil proqramlarını həyata keçirən məktəblərdə və ya siniflərdə təhsil almalıdırlar. Onlar belə bir təhsil modeli ilə bilik və bacarıq əldə edə bilərlər.

Düşünmə qabiliyyətinin olmaması və təklifə meylli olmaları səbəbindən asanlıqla aldana bilərlər. Onları işə istiqamətləndirmək, onlara xüsusi bacarıqlar aşılamaqla məşğul saxlamaq bu uşaqların boşluqdan qurtulmasına kömək edəcək.

Daha bir vacib məsələ odur ki, uşaqların problemi normal əqli qabiliyyəti olan uşaqlardan daha yavaş öyrənmələridir. Onların öyrənmə, anlama, düşünmə, problem həll etmə və sosial bacarıqlarda məhdud qabiliyyətləri var. Heç bir fiziki anormallıq yoxdur. Gəzinti və qaçış kimi motor bacarıqları gecikmir. Bu tip uşaqlarla əsasən nervpatoloqlar psixoloqlar, loqopedlər daimi çalışmalıdır.

 

Fazilə Camalova

Psixoloq, refleksoloq




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir