ereb

Ərəblərin evlilik təklifinə “hə” deyən qızlarımızın sonrakı aqibəti necə olur?

Baxış sayı: 1. 192

Ərəblərlə ailə quran azərbaycanlı xanımların sayı artıb. Uzun müddətdir ki, ərəblərin ölkəmizə axınını müşahidə edirik.

Məlum olur ki, ərəblər Azərbaycana sadəcə, gəzmək, dincəlmək deyil, hətta evlənmək üçün gəlirlər. Onların evlilik təklifinə “hə” deyən qızlarımızın sayı durmadan çoxalır.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirir ki, ərəblər müsəlman olduqları üçün xanımlarımız bunu qeyri millətlə evlilik kimi qəbul etmirlər:

“İndi xarici vətəndaşlarla evlənməkdə heç bir baryer yoxdur. Bütün dünyada qarışıq nikahlar var və bu qloballaşmanın da bir hissəsidir.

Amma ailə quran şəxslərin statusunun hansı səviyyədə olması, qadının həmin ölkədə yaşayıb-yaşamayacağı, onun qanunu əmlak statusu kimi məsələlər vacibdir. Bildiyimiz kimi, bir çox hallarda ərəblərin 3-4 arvadı olur.

Azərbaycanlı xanımın bu evlilikdə yeri konkretləşibsə, problem yoxdur. Əks halda müəyyən problemlər yarana bilər.

Uşaqların gələcəkdə əziyyət çəkməməsi, onların yaşayacağı yer və gələcəkdə Azərbaycana olan münasibətləri əsasdır. Bu məsələdə psixoloji amillər də var. Müsəlman ölkəsi olsa belə, ərəblə evlənən xanımın həmin ölkənin qayda-qanunlarına adaptasiyası bəzi hallarda çətin olur”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir