etir

Ətrin son istifadə müddətini uzatmaq olarmı?

Baxış sayı: 173

Babil, Şumer və assuriyalı qadınlar ətirli yağları saçlarını gözəlləşdirmək üçün istifadə edirdilər. Kişilər belə ətirli yağlardan və ətirdən istifadə edirdilər. Ən bahalı və keyfiyyətli ətirlər misirlilər tərəfindən istehsal olunurdu. Ən yaxşı ətir aroması isə saqqız ağacının qabığından əldə edilirdi.

 

Düzgün ətir seçimi etmək üçün əsas olanlar nələrdir?  

Ətir almaq üçün ən uyğun zaman axşam tərəfidir. Çünki bu saatlarda qoxu alma hissimiz maksimum səviyyəyə çatır. Soyuq havalarda isti havalara nisbətən qoxu alma hissimiz daha güclü olur. Ətri biləyinizə vuraraq yoxlamayın, çünki ətir ən azı bir saat dəridə qalmalıdır. Bu müddətdə tərkibindəki spirt uçur və ətrin əsl qoxusu hiss olunur. Jurnallarda ətir elanlarının yanında xüsusi hissəyə vurulan ətir, ətir seçimində kömək etməsi üçün çox yaxşı fikirdir. Ətri yoxlamamışdan öncə yediyiniz yeməklərin tərkibi belə vacib xüsusiyyətdir. Acı, baharatlı, yağlı yeməklər yemək dərinizin kimyasını dəyişdirib ətir seçimində sizi yanılda bilər.

 

Gün ərzində bir neçə ətirdən istifadə etmək mümkündürmü?
Bunun üçün əvvəlcədən duş alınmalıdırmı?

Duş qəbul etmək gün ərzində bir neçə ətirdən istifadə etmək üçün mütləq deyil. Ətirlərin qoxusu təqribən 4 saatdan sonra təsirini itirdiyindən, 4 saatdan sonra başqa ətirdən istifadə etmək mümkündür.

 

Bir ətrin qalıcılıq müddəti nə qədərdir?

Ətrin tərkibindəki spirtin miqdarı nə qədər çox olarsa qalıcılıq müddəti də o qədər çox olur. Keyfiyyətli ətrin qalıcılığı da yüksək olur. Tərkibində az miqdarda spirt olan ətirlər 6 ay müddətində istifadə olunmalıdır. Üzərində “eau de toilette” və “eau de parfum” yazılan ətirlərin tərkibində spirtin miqdarı yüksək olduğundan qalıcılığı da çox olur. Əgər ətrin rəngi və qoxusu dəyişibsə onu atmaq məsləhətdir.

 

Ətrin dəridəki qalıcılığını artırmaq üçün nə etmək olar?

Ətrin qalıcılığı dərinin tipindən asılıdır. Ətrin qalıcılığı yağlı dərilərdə quru dəriyə nisbətən daha yaxşı olur. Buna görə də quru dəriniz varsa ətir istifadə etməmişdən öncə ətri vuracağınız hissəyə az miqdarda yağlı və qoxusuz losyon vurmaq məsləhət görülür.

Bəzi şərtlərə əməl etsəniz ətrinizin son istifadə müddətini 1 ildən 18 aya qədər uzada bilərsiniz.

Ən əsası hava ilə təmasını bacardığınız qədər azaldın. Ətri tökməklə deyil sprey vasitəsilə istifadə edə biləcəyiniz qablarda saxlayın. Bu, həm hava ilə təması azaldacaq, həm də əllərinizlə mikrobun yayılmasının qarşısını alacaq. Digər əsas şərt isə ətri qutusunda saxlamaqdır. Beləliklə, o, günəş işığından qorunacaq. Ətir işıqdan nə qədər çox qorunarsa onun rənginin və qoxusunun dəyişməsi də o qədər gec baş verər. Bu səbəblə ətrinizi elə qutusunda, qutusu yoxdursa qaranlıq bir yerdə saxlamağınız məsləhətdir. Hamam otağı və nəmişlik olan yerlər də ətirlərinizi saxlamağınız üçün uyğun yer deyil. Ətrinizi yataq otağınızda saxlamağa çalışın.

 

Röya Rasimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir