burcler varlanma

2015-ci ildə hansı bürclər varlanacaqlar? – PROQNOZ

Baxış sayı: 2. 648

Məşhur astroloq Vasilisa Volodina 2015-ci il üçün bürclərin pul proqnozunu tərtib edib və qarşıdan gələn ildə varlanmaq üçün real imkanları olacaq bürcləri göstərib.

2015-ci il karyerada inkişaf baxımından çox əlverişli olacaq, bir çox bürclər çox asan və xüsusi səy göstərmədən yaxşı qazana biləcəklər.

Bürclərin varlanmaq proqnozları isə belədir:

Qoç

Bu bürc altında doğulanlar yalnız nəsə bir iş görsələr qazana biləcəklər. Lakin böyük əziyyət çəkmək lazım gəlməyəcək. Uğur onların tərəfində olacaq və buna görə də, bu bürc altında doğulanlar sadəcə bütün imkanlardan istifadə etməli və həyata “hə” söyləməlidirlər.

Buğa

2015-ci ildə Buğalar pula olan baxışlarını dəyişməlidirlər. Onlar qarşılarına aydın məqsədlər qoysalar və planlarına uyğun hərəkət etsələr, gəlirlərini xeyli artrıa biləcəklər. Bunun üçün Buğaların özlərinə inanmaları gərəkdir.

Əkizlər

Bu bürc altında doğulanları real perspektivlər gözləyir. Onların həyatında yaxşı yaşayışlarının asılı olacağı insan peyda olacaq. Həmin adamın məsləhətlərinə əməl etmək lazımdır. Bu, 2015-ci ildə möhkəm maliyyə bünövrəsini qoymağa imkan verəcək. Əkizlər həmçinin gəlirlərini artırmaq üçün sosial statusundan asılı olmayaraq, yeni-yeni insanlarla daha çox ünsiyyət saxlamalı və tanış olmalıdırlar. Əlaqə və tanışlıqlar Əkizlərin həyatında çox şeyi həll edəcək.

Xərçəng

Bu bürc altında doğulanlar özlərini onlara sevinc və mənəvi rahatlıq gətirəcək işə həsr etməlidirlər. Bu bürcün nümayəndələri 2015-ci ildə onları qıcıqlandıran və maraqlı olmayan işdə varlana bilməyəcəklər. Köklü dəyişikliklərin vaxtı çatıb.

Şir

Şirlər 2015-ci ildə varlanmaq üçün gərək diqqətlərini bir işdə cəmləyələr. Bir çox şirlər öz enerjilərini bir neçə işə, xobbi və marağa sərf etdikləri üçün qeyri-sabitliklə üzləşirlər. 2015-ci ildə Şirlərə öz həyatlarının işini müəyyənləşdirmək və bir istiqamətdə inkişafa başlamaq tövsiyyə olunur.

Qız

Bu bürc altında doğulanlar qarşılarına dəqiq məqsəd qoymalı və ona nail olmağa çalışmalıdırlar. 2015-ci ildə Qızların gəlirlərini artırmaq üçün yaxşı şansları olacaq. Lakin bunun üçün onlar gözəl həyat arzularından əl çəkməlidirlər. İş görmək və nəticə almaq vaxtı gəlib çatıb!

Tərəzilər

Tərəziləri öz planlarını həyata keçirmək üçün yaxşı il gözləyir. Onlar hər bir xırdalığa şübhə etməyi dayandırsalar, o zaman yaxşı il keçirəcəklər. Tərəzilərin yanında onları dəstəkləyəcək və düzgün yola istiqamətləndirəcək adam olmalıdır.

Əqrəb

2015-ci il Əqrəblər üçün çox gərgin olacaq, onlar bu vaxt ərzində çoxlu təcrübə və bilik qazanacaqlar. 2015-ci il yeni bilik və vərdişlərin qazanılması ilidir. Bu bürcün nümayəndələri bacarıqlarını peşəkarlıqlarının artırılmasına yönləndirməlidirlər. Bu onlara cəmiyyətdə arzuladıqları yeri tutmağa kömək edəcək.

Oxatan

İlin birinci yarısı Oxatanlar üçün çətin olacaq. Onları xırda itki və uğursuzluqlar izləyəcək. Lakin ilin ikinci yarısı Oxatanlar üçün qələbə və nailiyyətlər dövrü olacaq. 2015-ci ildə Oxatanların uğur sirri – pozitiv əhval-ruhiyyə vəməqsədyönlülükdür. Hər şeyin pis olduğunu düşündüyünüz bir vaxtda belə ruhdan düşməyin.

Oğlaq

Bu bürc altında doğulanları bütün il boyu sabit maliyyə vəziyyəti gözləyir. Bu bürcün nümayəndələri həmişə olduğu kimi – yavaş, lakin düzgün şəkildə irəli gedirlər. Prosesi sürətləndirmək üçün Oğlaqlar öz intuisiyalarını tez-tez dinləməli və dəyişikliklərdən qorxmamalıdırlar.

Dolça

2015-ci ildə Dolçaların maliyyə vəziyyəti tam şəkildə onların özündən asılı olacaq. Bu bürcün nümayəndələri öz planlarını həyata keçirəcək və ambisiyalarını ödəyə biləcəklər. Bir çox dolçalar üçün ötən il kifayət qədər çətin keçib və indi onlar hara getməli və nə etməli olduqlarını daha dəqiq biləcəklər.

Balıqlar

Qarşıdan gələn ildə Balıqları uğursuzluq da gözləyir, qələbə də. Hər şey onların səbrli olmaları, göstərdiyi səylər və qərarlardan asılıdır. Uğursuzluğa görə gördüyünüz işi yarıda atmayın. Güc, müdriklik toplayın, yaxınlarınızın dəstəyini qazanın və o zaman hər şey alınacaq!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir