masin

2022-nin ən bahalı 5 avtomobili – FOTOLAR

Baxış sayı: 197

Bu dəfə 2022-ci ilin ən bahalı və lüks avtomobillərindən danışacağıq.

Beləliklə, bu ilin qiymətləri və digər özəllikləri ilə göz qamaşdıran avtomobillərini təqdim edirik.

Şübhəsiz ki, beşliyimizin ilk pilləsində “Rolls Royce Boa25t Tail” gəlir.
Bildirilir ki, bu avtomobildən cəmi üç ədəd istehsal edilib. “Rolls Royce Boat Tail 570” at gücünə və 6,75 litrlik iki turbo V12 mühərrikə malikdir. Bu fantastik dizaynlı avtomobilin qiyməti də göz qamaşdırır. Nə az, nə azacıq, “Rolls Royce Boat Tail”ə sahib olmaq istəyənlər 28 milyon dollarından keçməli olacaqlar.

 Siyahımızın ikinci sırasında “Bugatti La Voiture Noire” özəllikləri və gözəllikləri ilə özünə yer ayırıb. “Bugatti La Voiture Noire” də “Chiron”, “Chiron Sport” və “Divo” modellərində rast gəlinən 4 turbolu 8,0 litrlik W16 mühərrikinə sahibdir. Eyni zamanda, avtomobilin mühərriki 1500 at gücündədir. Eləcə də 1600 Nm fırlanma tezliyini yığa bilir.

Üstəlik, ona tam olaraq 6 egzoz sistemi daxildir. “La Voiture Noire”-də istifadə edilən LED arxa fənərlər avtomobilə fərqli atmosfer qatır. Məlumata görə, bu seriyadan yalnız bir avtomobil xüsusi sifarişlə istehsal edilib. Avtomobilin qiyməti isə 18,9 milyon dollardır.

Üçlüyümüzü “Pagani Zonda, HP Barchetta” tamamlayır.

“Pagani Zonda HP Barchetta” 6.0 litrelik çift turbo özellikli V12 motoruna sahibdir. Avtomobilin mühərriki 789 at gücündədir. 6 pilləli mexaniki transmissiyaya malikdir. Bu idman avtomobili 0-100 km/saat sürətini cəmi 3,1 saniyəyə yığır.

Həmçinin, onun maksimal sürəti 338 km/saatdır. Bu idman avtomobillərindən yalnız üç ədəd istehsal edilib. Maşınlardan biri şirkətin qurucusu “Horacio Paqaniye” məxsusdur. Digər ikisinin sahibi isə hələlik məlum deyil. “Pagani Zonda HP Barchetta”nın qiyməti 17,5 milyon dollardır.

2022-ci ilin ən bahalıları sırasında “Rolls-Royce Sweptail” “lövbər salıb”.

“Rolls-Royce Sweptail” tamamilə onu sifariş edən şəxsə uyğunlaşdırılıb. Bu moderli ərsəyə gətirib başa çatdırmaq isə üçün 4 il çəkib. “Sweptail” həm də xarici dizaynı və istifadə olunan materialların keyfiyyəti ilə yanaşı çox güclü avtomobildir.

Avtomobil 6,75 litrlik iki turbo W12 mühərriklidir. Bundan əlavə, mühərrik 453 at gücünə malikdir. Beləliklə, bu maşın 0-100 km/saat sürəti cəmi 6 saniyəyə yığır. Onun maksimal sürəti 250 km/saatdır. Bu seriyadan olan avtomobilləri salonlarda görə bilməzsiniz. Ona görə ki, tamamilə sifariş əsasında yığılır. Qiyməti 13 milyon dollardır.

“Xəmsə”mizi, yəni beşliyimizi “Bugatti Centodieci” tamamlayır.

“Centodieci”nin texniki xüsusiyyətlərinə nəzər saldıqda onun digər “Bugatti” modellərindən çox da fərqlənmədiyini görə bilərik. Bu avtomobili “Chiron” ilə müqayisə etsək, ən böyük fərqinin cəmi 20 kq yüngül olduğunu deyə bilərik.

Bugatti Centodieci 8,0 litrlik W16 mühərrikinə malikdir. Eyni zamanda, avtomobil 1576 at gücündədir. “Centodieci”nin digər məlumatlarına nəzər salsaq görərik ki, 0-100 km/saat sürətlənməni 2,4 saniyəyə tamamlayır. Eləcə də 0-200 km/saat sürəti cəmi 6,1 saniyə, 0-300 km/saat sürətlənməni isə 13,1 saniyə yığa bilir. Maksimal sürəti saatda 380 km/saatdır. Qiyməti isə cəmi doqquzca milyon dollardır.

 

Tural Turan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir