NOAH

2030-cu ildən gəldiyini iddia edən şəxsin heyrətamiz proqnozları

Baxış sayı: 265

2030-cu ildən gəldiyini iddia edən Noah kod adlı adam yenidən ilginc açıqlamaları ilə gündəmə gəlib.

Noah bu dəfə gələcəkdən özü ilə gətirdiyini iddia etdiyi qara bir maddəni üzə çıxarıb. Gələcəkdən gəldiyini iddia edən şəxsin təqdim etdiyi qara maddə jele halındadır. Bu jelenin xüsusi robotlar tərəfindən hazırlandığını deyən Noah, bunun övladları olmayan insanlar, sonsuzluq üçün hazırlanmış bir maddə olduğunu bildirib. Ən maraqlısı isə odur ki, Noah adlı şəxs bu maddənin ancaq 6G siqnalları ilə işə düşdüyünü bildirib.

Bəzi insanlar bunun nanotexnologiya olduğunu qəbul etsə də bir çoxu isə qara maddənin sadəcə, bir jele olduğunu bildirir.

Onu da qeyd edək ki, Noah adlı şəxs bir ay öncə yaxın gələcəkdə baş verəcək hadisələrin tarixi haqqında məlumatlar vermişdi.

O, gələcəkdə ABŞ, Kanada və Meksikanın tək bir dövlət olacağını demişdi. 2030-cu ilə kimi bəzi şəhərlərin super texnologiyalar ilə təchiz ediləcəyini deyən Noah, yaxın gələcəkdə bir çox dünya ölkələrinin yalnız bir pul vahidindən istifadə edəcəyini də bildirib.

O, insan beyninin gələcəkdə normadan artıq çalışacağı haqqında da danışıb. Noah yaxın illərdə insan beyninin normadan artıq çalışması üçün xüsusi mexanizm hazırlanacağını iddia edib.

Həmin mexanizmin Kanadada hazırlanacağını deyən Noah onun necə çalışacağı haqqında da danışıb. O, sağ ələ taxılması mümkün olacaq mexanizmin insan beynini normadan 6 dəfə çox işlədə biləcəyini deyib. Noah bu ilin iyul ayında dünyadakı əlil insanların normal vəziyyətə dönə bilməsi üçün möhtəşəm bir texnologiyanın hazırlanacağını da bildirib.

Daha sonra Noah 2020-ci ilin yanvar ayında bir robotun hazırlanacağı haqqında da danışıb. O, bu robotun hazırlanmasına görə dünyanın bir çox yerində etiraz aksiyalarının keçiriləcəyini də deyib. Noah 2020-ci il noyabrın 3-də Donald Trampın yenidən prezient seçiləcəyini bildirib.

Noah daha sonra 2028-ci ildə isə cəmiyyətə yadplanetlilər və zaman maşını haqqında geniş məlumatların təqdim ediləcəyini deyib. Hətta o, 2028-ci ildə yadplanetlilərin yerə enəcəyini və Kanadanın baş naziri ilə görüşəcəyini deyib. Noah həmin il ərzində dünyada ikinci sənaye inqilabının baş verəcəyini də bildirib.

Zaman yolçusu 2029-cu ildə insanlara “The One” adlı bir mexanizmin taxılacağı haqqında da danışıb. Onun dediyinə görə, bu mexanizmin sayəsində insanların sağlamlıq durumu və beyin funksiyaları rahat şəkildə izlənə biləcək.

 

Turan Oruc




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir