usaqlar

3-5 yaşlı uşaqların danışıq problemi – VALİDEYNLƏR OXUSUN!

Baxış sayı: 1. 153

3-5 yaş arasındakı uşaqlar danışmağa daha çox meyilli olurlar. Başqa sözlə, bu yaşda olan uşaqlar 3 yaşlarına qədər müşahidə etdiklərini cümlələrlə ifadə etməyə çalışırlar. Ancaq bu yaşda olan uşaqların düşünmə sürətləri danışma sürətlərindən çox olduğu üçün məqsədlərinə həmişə nail ola bilmirlər. Ona görə də, 3-5 yaş arasında olan uşaqlarda danışarkən udqunmaq, tez-tez nəfəs almaq və ya cümləyə gec başlamaq təbiidir.

Image result for danışan uşaqlar

Digər tərəfdən, bu yaşda olan uşaqlar kifayət qədər söz ehtiyatına malik olmadıqları üçün danışarkən tez-tez düşünürlər. Bu da onların cümlələrində bəzən əlaqələrin itməsinə səbəb olur. Ona görə də, bu yaşda uşaqları olan valideynlər səbirli olmalı, uşaq danışarkən onun səhvini düzəltməyə çalışmamalıdırlar.

Image result for danışan uşaqlar

Digər tərəfdən, valideyn uşağını cümləsini tamamlayana qədər gözləməli, uşağa ancaq fikrini tam ifadə etdikdən sonra cavab verməlidir. Əgər uşağınızın nitqindəki qüsurun ciddi olduğunu düşünürsünüzsə, bir mütəxəssisə müraciət edə bilərsiniz.

 

Hazırladı: FATEH




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir