078fb8b0f729c15257434680595f1787

90 nəfərin öldüyü təyyarə qəzasından sağ çıxan, meşədə 11 gün tək yaşayan gənc qızın maraqlı hekayəsi

Baxış sayı: 593

Bu qadın yarpaqların üzərindən su damcılarını toplayıb və 1 kisə şəkər ilə həyatda qalmağı bacarıb …

24 dekabr 1971-ci ildə Perunun Lima şəhərindən başqa bir şəhərinə uçan “508 LANSA” təyyarəsi  qəzaya uğradı. Tarixin ən ölümcül qəzalarından biri kimi qeydə alınan bu hadisədə təyyarədəki 17 yaşındakı bir gənc xaricində 90 nəfər sərnişinin hamısı öldü.

Sağ qalan isə Yuliana Kepke adlı qız idi.

Qəzadan inanılmaz şəkildə xilas olan qız Amazonun meşələrində 11 gün mübarizə aparıb. Yuliana məzun olduğu üçün atasını görmək istəyib. Bu xususi günü atası ilə qeyd etmək üçün anası ilə birlikdə onun yanınan getmək qərarına gəliblər.

Yuliananın sözlərinə görə, sərnişinlər qəfildən təyyarənin qanadına ildırım çaxmasının şahidi olublar. Təyyarənin mühərriki ildırım çaxması ilə sıradan çıxıb və təyyarə sürətlə yerə enməyə başlayıb. Təyyarə yerə çaxıldıqdan sonra Yuliana yıxılaraq huşunu itirib və növbəti 20 saat ərzində baş verənləri xatırlamayıb. Özünə gələndə təhlükəsizlik kəmərinin açıldığını görüb.

Yuliana meşədəki ərazinin relyefini çox yaxşı bilirdi. O, həmin anla bağlı bunları deyib: “Mən kiçik yaşlarımda  meşələrdə həyat haqqında çox şey öyrənmişdim. Ən azından bunun o qədər də təhlükəli olmadığını bilirdim”.

Yuliana qəzadan sonra sağ qalanları axtarmağa başlayıb. O, qəzadan düz 4 gün sonra əvvəllər tanış olan bir səsi eşidib.

Bu səs meşədəki yırtıcı quşların səsi idi. Yuliana bu növlərin yalnız çürüyən ətə gəldiyini kiçik yaşlarından anasından öyrənib. O, yırtıcı quşların səsləri sayəsində təyyarə qəzasında həlak olan üç sərnişinin qalıqlarını tapıb.

Yuliana yaşamaq üçün bildiyi hər şeyi tətbiq etməyə çalışıb. Susuz qalmamaq üçün yarpaqdakı damcıları mənimsəyib suya olan ehtiyacını ödəyib, amma yemək tapmaq o qədər də asan olmayıb. Aləti yox idi və yağış meşələrindəki bir çox şeyin də zəhərli olduğunu bilirdi. Təyyarədən düşdüyü yerdə bir kisə şəkər tapıb və günlərlə onunla qidalanmağı bacarıb.

Hər keçən gün vəhşi təbiətə daha da yaxınlaşıb. Qəzadan sonra onuncu gün boş bir qayıq görüb. Yuliana kiminsə buraya gəldiyini və onu qurtara biləcəyini düşünüb. Daha sonra orada kiçik bir daxma görüb. Orada gecələyən 17 yaşlı gənc qız səhəri gün 3 kişi tərəfindən tapılıb. Adamlar Yuliananı tapanda heyrətə gəliblər. Gənc qız olduqca yorğun, yaralı idi. Üstü-başı qan içində olan Yuliana onu tapan şəxslər tərəfindən qəsəbədəki xəstəxanaya çatdırılıb.

Yuliana əslində qəzadan xilas olan yeganə şəxs deyildi. Kinorejissor Werner Herzog işinə görə eyni təyyarəyə minməyə hazırlaşıb, lakin son anda plan ləğv edilib və bu səfərdən imtina edərək, təyyarəyə minməyib. Daha sonra Yuliananın 11 gün içərisində yaşadıqları, rejissor Werner Herzog tərəfindən “Wings of Hope” sənədli filmi ilə canlandırılıb.

Turan Oruc




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir