imtahan

Abituriyentləri imtahan stresindən necə xilas edək? – PSİXOLOQ RƏYİ

Baxış sayı: 1. 959

Bu il Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi nəzərdə tutulan ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarının ikinci mərhələsinim keçirilməsinə qısa zaman kəsiyi qalmaqdadır. İmtahan zamanı yaxınlaşdıqca   abituriyentlərin əksəriyyətində imtahan stressi, imtahan zamanı həyəcanlanma, bildiklərini unutma, imtahan sonrası depressiyanın, yaşanması kimi hallara rast gəlinir.

Bəs abituriyentlərin imtahan ərəfəsi və imtahandan sonrakı həyəcanıyla bağlı hansı addımlar atılmalıdır?

Almara

 

“Gencaile.az” saytınən daimi eksperti,  PRİM – “Psixososial Reabilitasiya və İnkişaf  Mərkəzi”nin direktoru, psixoloq M.Almara Ağaqızının sözlərinə görə, imtahanöncəsi insanlar imtahan və imtahandan sonrakı dövrü düşünərək təşvişə qapılırlar, yəni imtahanda bildiklərini unuda biləcəklərini, heçnə yaza bilməyəcəklərini, vaxtı düzgün idarə edə bilməyəcəklərini yaxud imtahan bitdikdən sonra necə olacağını, insanlar soruşduqda nə cavab verəcəyini və s. düşünərək stress üçün yetəri qədər münasib zəmin yaradır.

Psixoloq deyir ki, “Öncə yaşından, kimliyindən asılı olmayaraq hər kəs stressin normallığını qəbul etməlidir. İnsanların  stress hissinə qapılması normal bir haldır. Bəzən stress keçirməyə başladıqlarında abituriyentlər özlərini günahlandırır və vəziyyətdən şikayət edirlər. Bu zaman stress səviyyəsi daha da yüksələ bilir. İlk növbədə abituriyentə imtahanın şagirdin həyatına qatacağı dəyişiklikləri “təhdid” ünsürü kimi göstərməməliyik. Stress özgüvənimizin aşağı olduğu  məqamlarda büruzə verir. Stresslə mübarizə aparmaq yollarını axtarmaqdansa, özgüvənimizi yüksəltməliyik.

Mütəxəssis deyir ki, ümumiyyətlə, imtahandan danışarkən imtahandan öncəsi, imtahan zamanı və imtahandan sonranı əhatə edən üç mərhələ diqqətə alınmalıdır. Təssüf ki, imtahan öncəsi və imtahan zamanı mərhələsini abituriyentin valideynləri və yaxınları diqqətə alsa da, imtahandan sonrakı dövr göz ardı edilə bilir. Belə ki, hər kəs üçün uğurla nəticələnməyən imtahan prosesi, ümidsizlik və çarəsizlik duyğuları, özünü günahlandırma, yetərsizlik düşüncələri ilə onsuzda stressli və ağır dövrdən keçmiş abituriyentin psixoloji vəziyyətinə mənfi təsirini göstərə bilir. Özüylə bağlı davam edən xəyal qırıqlığı və “niyə daha yaxşı edə bilmədim?” düşüncələriylə zehni məşğul olan  abituriyent, depressiv əhval-ruhiyyə, qəzəb partlamaları yaşaya bilər.

Əfsuslar olsun ki, hər imtahanlardan sonra az bal yığdığı üçün özünə qəsd edən şagirdlər görürük. Almara xanım bildirir ki, onlar ailə və ətrafın qınağından belə yanlış yollara əl atırlar: “Ancaq hər bir şagird bilməlidir ki, imtahan dünyanın sonu deyil”.

Ekspertin dediyinə görə, imtahan öncəsi məktəb psixoloqları tərəfindən abituriyentlərə xüsusi dəstək verilməlidir ki, onlar imtahana tam hazır olsun: “Çünki imtahan yaxınlaşdıqda onların əhval-ruhiyyəsi kəskin dəyişməyə başlayır, ruh düşkünlüyü yaranır. Nəticəd narahatlıq, yuxu və qida pozuntuları yarana bilir. Bu dövrdə ən çox valideynlər övladlarına dəstək olmalıdırlar. Qısası, imtahanın özü və nəticəsiylə bağlı həm abituriyentin, həm də ailənin düşüncələri gerçəyə uyğun və sağlam olarsa, ortaya çıxan nəticə də sağlam olacaq”

 

Təqdim etdi: İlahə Atəş




8 şərh “Abituriyentləri imtahan stresindən necə xilas edək? – PSİXOLOQ RƏYİ

  1. Gülnar Məmmədova

    Təbii haldır ki, həyatımızın müəyyən dönəmlərində çətinliklərlə üzləşib neqativ hadisə olacağını düşünərək stress keçiririk.

    Cavabla
  2. Saleh Q.

    Bəzən elə olur ki, biz özümüzə çox böyük və potesialımıza uyğun olmayan hədəflər qoyuruq. Və sonradan həmin hədəfə çatmayanda isə xəyal qırıqlığına uğrayır, özümüzə olan inamımız azalır. Bu xəyal qırıqlığını yaşamamaq üçün ən faydalı olanı isə önümüzə kiçik hədəflər qoymaqdır. Bununlada hədəfimizə çatdıqda və hətta qoyduğumuz hədəfdən daha yaxşısını bacardıqda daha xoşbəxt olur və özümüzə olan inamımız artır.

    Cavabla
  3. Xalisə Behbudqızı

    Əlbəttə ki, imtahan şəxsin biliklərini yüzdə yüz ölçən bir sistem olmasa da imtahana girmək qədər imtahan düşüncəsi “İmtahanda nə qədər bal toplayacam? Uğurlu ola biləcəmmi?” qayğısı, gələcəyinin bütünlüklə imtahana bağlı olması fikri abituriyentlərin imtahanda daha çox həyəcanlanmasına və stress yaşamasına səbəb olur.

    Cavabla
  4. Təranə Ömərova

    Bu movzuda imtahan erefesinde psixoloq fikirine yer ayirdiginiz ucun tesekkur edirem

    Cavabla
  5. Vurğun Səmədli

    Abituriyentlərdə stress daha çox onlardan tələb olunanları doğrulda bilmədikləri zaman baş verir. Söhbət imtahana yaxşı hazırlaşan abituriyentlərdən gedir. Bizim reallığa baxdıqda abituriyentlər imtahanlara hazırlaşmaq üçün 9, 10, 11-ci siniflərdə repetitor yanına, kurslara gedir, bir qismi də özü hazırlaşır. Təbii ki, hər bir valideynin maddi imkanı olmur. Əksəriyyəti ailə büdcəsindən müəyyən qədər kəsib, hazırlıq prosesinə sərf edir. Bəzən valideynlər bunu öz övladlarına hiss etdirirlər və deyirlər ki, özümə heç nə ala bilmədim, sənin hazırlığına pul verdim. Buna görə də, hazırlaşan abituriyentdən müəyyən tələblər olur. Valideyin istəyir ki, övladı yüksək bal toplasın. Bu, şübhəsiz abituriyentin də istəyidir. Stress faktoru da artıq özünü bu hallarda və buraxılış imtahanlarına az vaxt qalanda göstərir.

    Cavabla
  6. Könül Kərəm

    Valideynlərə demək istərdim ki, övladlarını övladları olduğuna görə sevsinlər, bütün hallarda yanlarında olduqlarını bildirsinlər, heç bir halda övladlarını qohumla, qonşu ilə müqayisə etməsinlər. Çünki hər bir insan ayrılıqda bir fərddir. Bu müqayisələr olmasa, əksinə dəstəklər olsa, düşünürəm ki, abituriyentin özünəinamına müsbət təsir göstərəcək…

    Cavabla
  7. Tərlan

    İmtahanın dünyanın sonu olmadığını unutmayın! Həyat boyu giriləcək bir çox imtahan var və heç bir imtahan dünyanın sonu deyil.

    Cavabla
  8. Kifayət Əlişova

    Məncə, imtahanqabağı təlaşı aradan qaldırmaq üçün uğurları, imtahan prosesi ilə bağlı müsbət keyfiyyətləri və gələcəklə bağlı gözəl günləri düşünmək lazımdır. Məsləhətlərinə görə psixoloqa təşəkkürümü çatdırın

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir