yemek

Aclıq hissininin qarşısını necə almaq olar?

Baxış sayı: 367

İnsanda qəfildən başlayan aclıq hissi, çox və nəzarətsiz yemək yeməyə və köklüyə səbəb olur. Qəfildən başlayan aclıq hissinin birinci səbəbi isə orqanizmdə şəkər metobolizminin pozulması ilə bağlıdır.

“Gencaile.az”-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə danışan doktor Ayça Kaya bildirib ki, aclıq hissi gələcəkdə şəkər xəstəliyinə çevrilə bilər:  “Aclıq krizi insana daha çox yemək istəyi verir. Bunun nəticəsində vücuddakı yağ hüceyrələri böyüyür,  bu isə gələcəkdə şəkər xəstəliyinə aparıb çıxara bilər. Yəni, anidən başlayan aclıq hissi səbəbi ilə həddən artıq yemək diabetin ayaq səsidir”.

Həkim deyib ki, qəfildən başlayan aclıq hissi keçirənlərin əvvəlcə endekrinoloq tərəfindən müayinəsi vacibdir. Şəkərli qidalarının diqqətli istifadə olunmasının da önəmli olduğunu vurğulayan doktorun dediyinə görə, şəkər tozu,  bal, doşab, mürəbbə, şirniyyat, bundan başqa, banan, əncir, üzüm,  kivi kimi şirin meyvələr, ağ un, düyü və makaron kimi qidaları yedikdən sonra qanda şəkərin miqdarı sürətli şəkildə yüksəlir və qəflətən düşür. Bu vəziyyət isə yemek yemək istəyimizi artıra bilər.

Onun sözlərinə görə, stres və duyğusal pozuqluq da yemək krizlərinə səbəb ola bilər.

Həkim bu vəziyyət üçün bitki çaylarını təklif edir. O bildirib ki, heyva aclıq hissinin qarşısının alınması baxımından ən yaxşı vasitələrdən biridir. Belə ki, heyvanın üstünə darçın tozu səpib yedikdə, bu, insanda toxluq hissi yaranır. Bundan başqa, gün ərzində 10 stəkan su içmək, kefir, ayran, qatıq da aclıq hissini öldürür.

Doktor aclıq hissini öldürmək üçün az miqdarda olmaq şərtilə çiy badam, çiy fındıq, ləbləbi yeməyi də tövsiyə edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir