aile

Ailə kişilər niyə zorakılığa məruz qalır?

Baxış sayı: 1. 370

Cə­miy­yət­də be­lə fi­kir for­ma­la­şıb ki, ai­lə­də qa­dı­nı­lar dö­yü­lür, al­çal­dı­lır, am­ma Azər­bay­can ai­lə­lə­rin­də ki­şi­lə­rin də zo­ra­kı­lı­ğa mə­ruz qal­ma­sı fakt­la­rı var. Be­lə ki, Ai­lə, Qa­dın və Uşaq Prob­lem­lə­ri üz­rə Döv­lət Ko­mi­tə­si­nin mə­lu­ma­tı­na gö­rə, ötən il ya­rım ər­zin­də Azər­bay­can­da məi­şət zo­ra­kı­lı­ğı­na mə­ruz qa­lan in­san­la­rın 85,5 fai­zi qa­dın­lar, 14,5 fai­zi ki­şi­lər olub.

Ko­mi­tə­nin mə­lu­ma­tın­da bil­di­ri­lir ki, 2015-ci il­də ban­ka 346, 2016-cı ilin I ya­rı­sın­da 184 fakt da­xil edi­lib. Ümu­mi­lik­də ban­ka da­xil olan 530 məi­şət zo­ra­kı­lı­ğı fak­tı təh­lil olu­nub və mü­əy­yən edi­lib ki, məi­şət zo­ra­kı­lı­ğı­na mə­ruz qa­lan ki­şi­lə­rin 9,2 fai­zi yet­kin­lik ya­şı­na çat­ma­yan oğ­lan­lar, 3,2 fai­zi qo­ca­lar, 2,1 fai­zi isə 25-45 yaş­lı ki­şi­lər­dir.
Bil­di­ril­di­yi­nə gö­rə, ki­şi­lə­rə qar­şı da­ha çox psi­xo­lo­ji zo­ra­kı­lıq tö­rə­di­lir. Bu zo­ra­kı­lıq ai­lə üzv­lə­ri tə­rə­fin­dən tö­rə­di­lə bi­lər – ki­şi ki­şi­yə qar­şı, qa­dın ki­şi­yə qar­şı və s. ola bi­lər. Qa­dın­lar tə­rə­fin­dən ki­şi­lə­rə qar­şı qətl də tö­rə­di­lir.

Qeyd edək ki, fi­zi­ki zo­ra­kı­lıq­la bağ­lı mə­lu­mat­la­rın öy­rə­nil­mə­si asan ol­sa da, 99 fa­iz psi­xo­lo­ji və sek­su­al zo­ra­kı­lıq hal­la­rı ilə bağ­lı mü­ra­ci­ət da­xil ol­mur. Zo­ra­kı­lı­ğa mə­ruz qa­lan ək­sər in­san­lar döv­lət or­qan­la­rı­na mü­ra­ci­ət edən­də bə­zi mə­sə­lə­lə­rin bağ­lı qal­ma­sı­nı is­tə­yir.

Psi­xo­loq Və­fa Rə­şi­do­va­nın bil­dir­di­yi­nə gö­rə, Azər­bay­can ai­lə­lə­rin­də də ki­şi­lə­rə qar­şı zo­ra­kı­lıq, al­çat­ma, təh­qir et­mə fakt­la­rı olur: “Çox adam elə fi­kir­lə­şir ki, yal­nız qa­dın­lar və uşaq­lar zo­ra­kı­lı­ğa mə­ruz qa­lır. Əs­lin­də bu, be­lə de­yil. Ai­lə­də giz­li qa­lan mə­qam­lar olur ki, men­tal də­yər­lə­ri­mi­zə ya­raş­dır­ma­dı­ğı­mız üçün açıq­la­mı­rıq. Ki­şi zo­ra­kı­lı­ğı ai­lə sir­ri ki­mi sax­la­nı­lır. Ki­şi­lə­rə qar­şı zo­ra­kı­lıq həm fi­zi­ki, həm də psi­xo­lo­ji ola bi­lər. Fi­zi­ki zo­ra­kı­lıq ca­na zə­rər ye­tir­sə də, psi­xo­lo­ji zo­ra­kı­lıq ru­hu­mu­zu in­ci­dir. Bir ki­şi üçün psi­xo­lo­ji zo­ra­kı­lıq dö­zül­məz­dir. Psi­xo­lo­ji bas­qı, psi­xo­lo­ji zo­ra­kı­lıq iz­lə­ri­ni ömür bo­yu sax­la­yır. Fi­zi­ki zo­ra­kı­lıq, ağ­rı ke­çib ge­dir. Am­ma psi­xo­lo­ji zo­ra­kı­lıq in­sa­nın bü­tün mə­nə­viy­ya­tı­na tə­sir gös­tə­rə bi­lir”.

V.Rə­şi­do­va qeyd edir ki, ki­şi hə­mi­şə ai­lə üzv­lə­ri­nin ona hör­mət­lə ya­naş­ma­sı­nı umur: “Elə ai­lə­lər var ki, qa­yı­na­na, bal­dız, ar­va­dı ki­şi­ni say­mır. Bu da əs­lin­də bir psi­xo­lo­ji zo­ra­kı­lıq­dır. Tə­bii ki, bu prob­le­min kö­kü ki­şi­nin özü ilə, onun ai­lə­də ya­rat­dı­ğı xao­tik və­ziy­yət­lə bağ­lı­dır. Bu­me­ranq ki­mi özü­nə qa­yı­dır. Am­ma fi­zi­ki və ya mə­nə­vi zo­ra­kı­lıq bir ki­şi üçün ölü­mə bə­ra­bər­dir. Elə ki­şi­lər da­ha çox in­sult, in­farkt ke­çi­rir, ürək xəs­tə­li­yi­nə tu­tu­lur, nev­roz olur­lar, dep­res­siv və­ziy­yə­tə dü­şür­lər. Çün­ki on­lar dərd­lə­ri­ni, fi­kir­lə­ri­ni, hiss­lə­ri­ni, prob­lem­lə­ri­ni ki­mə­sə da­nı­şa bil­mə­dik­lə­ri üçün içi­nə atıb in­sult həd­di­nə gə­lib ça­tır­lar. Zo­ra­kı­lı­ğa mə­ruz qal­maq ki­şi üçün utanc ve­rən bir hal­dır. Zo­ra­kı­lıq ki­şi­nin qal­dı­ra bil­mə­yə­cə­yi prob­lem, hət­ta fa­ciə­dir. Be­lə dö­zül­məz şə­ra­it on­la­rın in­ti­har et­mə­si­nə də tə­kan ve­rə bi­lər”.

Həm­söh­bə­ti­miz han­sı qa­dın­la­rın ər­lə­ri­nə zo­ra­kı­lıq et­mə­yi­ni və bu­nun sə­bəb­lə­ri­ni də açıq­la­yıb: “Açıq de­yə­cə­yəm, çox vaxt öz ata evin­də ata­sı və ya qar­daş­la­rı tə­rə­fin­dən zo­ra­kı­lıq gö­rən qa­dın­lar ər­lə­ri­nə qar­şı bu­nu edir­lər. Di­gər qism qa­dın­lar hə­yat yol­da­şın­dan şid­dət, zo­ra­kı­lıq, mə­nə­vi al­çal­ma gö­rüb de­yə ey­ni dav­ra­nı­şı güz­gü ef­fek­ti ki­mi ona gös­tər­mə­yə ça­lı­şır. İs­te­rik xa­rak­ter­li qa­dın­lar var ki, on­lar­la yo­la get­mək ol­duq­ca çə­tin olur. Nev­roz ha­lın­da olur­lar de­yə, hə­yat yol­daş­la­rı­na zo­ra­kı­lıq tət­biq edə bi­lir­lər. Bu, xa­nı­mın al­dı­ğı trav­ma­lar­dan irə­li gə­lir. Heç bir xa­nım is­tə­məz ki, hə­yat yol­da­şı­nı o və­ziy­yə­tə gə­ti­rib çı­xar­sın. Bə­zən bu­nu ki­şi­yə qar­şı o qə­dər hirs­li edir ki, özü də bu­nun fər­qin­də ol­mur. Və ya­xud ki­şi­yə qar­şı zo­ra­kı­lıq et­di­yi­nə gö­rə özü­nü çox xoş­bəxt hiss edən xa­nım­lar da olur. Psi­xi prob­lem­lər­dən, psi­xo­pa­ti­ya­dan əziy­yət çə­kən xa­nım­lar da ki­şi ilə mü­na­si­bə­ti­ni bu həd­də gə­ti­rə bi­lir”.

Hü­quq­şü­nas Ay­nur Mu­sa­ye­va­nın dedi­yi­nə gö­rə, məi­şət zo­ra­kı­lı­ğı ya­xın qo­hum­luq mü­na­si­bət­lə­rin­dən, bir­gə və ya əv­vəl­lər bir­gə ya­şa­maq­la­rın­dan sui-is­ti­fa­də et­mək­lə hər han­sı şəxs­lə­rin bi­ri­nin di­gə­ri­nə qəs­dən fi­zi­ki və ya mə­nə­vi zə­rər vur­ma­sı de­mək­dir: “Məi­şət zə­mi­nin­də fi­zi­ki zo­ra­kı­lıq  qeyd olu­nan şəxs­lə­rin bi­ri­nin di­gə­ri­nə qəs­dən fi­zi­ki təz­yiq gös­tər­mə­si, yə­ni zor tət­biq et­mək­lə təh­lü­kə­siz­li­yi­ni poz­ma­sı, döy­mə­si, sağ­lam­lı­ğı­na zə­rər vur­ma­sı, iş­gən­cə ver­mə­si, azad­lıq hü­qu­qu­nu məh­dud­laş­dır­ma­sın­dan iba­rət­dir. Məi­şət zə­mi­nin­də psi­xi zo­ra­kı­lıq qeyd olu­nan şəxs­lə­rin bi­ri­nin di­gə­ri­nə qəs­dən psi­xi təz­yiq gös­tər­mə­si və ya dö­zül­məz psi­xi şə­ra­it ya­ra­dıl­ma­sı­na yö­nəl­miş hə­rə­kət­lər­dir”.

Ay­nu­rə MƏM­MƏ­DO­VA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir