nuriyye

Ailə və karyeranı problemsiz necə idarə etməliyik? – PSİXOLOQ YAZIR

Baxış sayı: 850

Ailə və karyera. Daim müzakirələrə səbəb olan bu mövzu həm də insan həyatının böyük bir qismini tutan ən önəmli öhdəliyidir. Bunlardan hansı daha önəmlidir? Qərarımızda hansına daha çox üstünlük verməliyik? Seçim qarşısında qaldıqda nə etməliyik? Bütün bu sualların əslində hər kəsə şamil ediləcək konkret bir cavabı yoxdur. Bu sualların cavabı insanın cinsinə, yaşına, dünyagörüşünə, yaşadığı şəraitə, məkana, dövrünə, maddi vəziyyətinə uyğun sözsüz ki, dəyişmiş ola bilir.  Son illərdə əksər gənclər təhsil almağa, daha sonra iş imkanlarını irəlilətməyə səy göstərir. Əvvəllər daha çox ailə qurmağa üstünlük verilərkən son dövrlərdə sanki bu nisbət dəyişib. Təhsil alan gənc ailə qurmazdan öncə iş sahibi olmağı qarşısına məqsəd qoyur. Xüsusən oğlanlar əvvəlcə iş sahəsində özünü təsdiq edib maddi gəlirini yaxşılaşdırdıqdan sonra ailə qurmağa üstünlük verirlər. Maddi gəliri az olan kişilərin ailə qurmadan öncə iqtisadi vəziyyətini təmin etmək üçün evlənmə planını müəyyən müddətlik təxirə salması sözsüz ki, məntiqə uyğundur. Kişilərə nisbətən qadınlarda bu hallara çox rast gəlinməsə də, iş sahibi olub daha gec yaşda ailə quran və ya karyerası üçün ailə qurmaqdan tamamilə imtina edən qadınlar da az deyil.

Image result for ailə və karyera

 

Həm ailə, həm iş ciddi məsuliyyət tələb edir. Bununla yanaşı, həm də cavabdehlik və vaxt tələb edən ailə və karyera bu məqamda toqquşur və bir-birinə müəyyən dərəcədə mane olur. Çünki bütün gün işdə olan kişi yorğun olduğu üçün ailəsinə gözlənilən diqqəti ayıra bilməmiş ola bilər. Və ya ailəsinin qayğısına qalmalı olan qadın işində istədiyi nəticəni əldə etməmiş ola bilər. Amma bütün bu sadaladığımız çətinliklərə baxmayaraq həm yaxşı bir evliliyə, həm də kifayət qədər ciddi uğurlar qazandığı bir işə sahib olan insanlar da az deyil.

Ailə-karyera balansını necə qorumalıdırlar? Burada əsas şərtlərdən biri vaxtı doğru bölə bilməkdir. Bundan da önəmlisi bölünən vaxtı səmərəli istifadə edə bilməkdir. İşləyən şəxs həm işinə, həm də ailəsinə zaman ayırmalıdır. Yaxşı olardı ki, işləyən qadın və ya kişi iş saatı ərzində işlə bağlı məsələləri həll etsin və ailəsinə ayırdığı vaxtı sırf  onlara sərf etsin.

usaq ve ish

Həmçinin həyat yoldaşının dəstəyi də ən vacib şərtlərdən biridir. Çox vaxt kişilər maddi vəziyyətləri yaxşı olduğu üçün xanımlarının işləməyinə narazı olurlar. Amma unutmaq lazım deyil ki, iş sadəcə gəlir mənbəyi deyil. Bu, həmçinin insanın özünü təsdiqləməsi üçün də bir vasitədir.

 

Nuriyyə Quliyeva

Peşəkar Psixologiya Mərkəzinin direktoru/ Klinik psixoloq




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir