ariqlamaq

Arıqlamağın heç kimin bilmədiyi sirli üsulları

Baxış sayı: 489

Artıq çəki sizin üçün problemə çevrilibsə və sağlamlığınızı təhdid etməyə başlayıbsa, “İki sahil”in Rusiya mətbuatına istinadən təqdim etdiyi aşağıdakı məsləhətlər sizin üçün çox faydalı olacaq:

 

1. Balıq, ət və avokado yeyin

Maddələr mübadiləsini sürətləndirmək üçün bədəndəki omeqa-6 və omega-3 yağ turşularının nisbətini tarazlaşdırmalısınız. Bunun üçün pəhrizinizə qızıl balıq, siyənək, hamsi, həmçinin xərçəng, karides, tarak və s. kimi dəniz məhsulları əlavə etməlisiniz. Ton balığından isə az istifadə etmək məsləhətdir. Onun tərkibində civənin miqdarı çoxdur. Zeytun, avokado və qoz da faydalı turşularla zəngindir. Bu məhsullar ürək, beyin ümumilikdə orqanizm üçün “yanacaq” rolunu oynayır.

 

2. Ənənəvi səhər yeməyinin əvəzinə bir fincan yağlı qəhvə için

Səhər qəhvənizə 3-4 qaşıq kərə və ya kokos yağı əlavə edin. Bu ideal səhər yeməyi sayıla bilər. Sizə azlıq edərsə, yumurta və ya klassik buterbrod da əlavə edə bilərsiniz. Ancaq yağlı kofe mütləqdir ki, sizi tox tutacaq. Səhərlər şirniyyat yeməkdən tamamilə çəkinin. Bu, sizin bütün günü şəkərə meyilli olmanıza səbəb ola bilər.

 

3. Acı tərəvəzlər

Kələm, ispanaq, xardal, kahı kimi tərəvəzlər arıqlamaq üçün çox yaxşı təbii vasitələrdir. Bu tərəvəzlərin bir qədər acılığı olsa da, antioksidantlarla çox zəngindir. Onlara acılıq verən tərkibindəki fitonidlərdir. Məhz elə fitonidlər də arıqlamağa, zərərli maddələri yandırmağa kömək edir.

 

4. Yumurtanın ağı, omlet və kartofdan uzaq durun

Çox insan yumurta sarısının damarlarımızı tutan xolesterol mənbəyi olduğunu düşünür, amma bu belə deyil. Yumurtanın tərkibindəki xolesterol damarları yükləmir, yumurta sarısındakı yağ kifayət qədər “sağlamdır”. Kartofda isə kaliumdan başqa qiymətli bir qida maddəsi yoxdur. Tərkibində bol nişasta olan kartof çəkini artıra və sağlamlığa ziyan vura bilər.

 

5. Kokos-arıqlamaq üçün ideal vasitə

Kokosun tərkibində demək olar ki, karbohidrat yoxdur. Kokos meyvəsinin suyu isə əsl enerji içkisidir. Kokosdan rasionda mütəmadi istifadə piylənmənin, xərçəng, Alçqeymer və Parkinson xəstəliklərinin və digər nevroloji xəstəliklərin profilaktikası üçün əla vasitə hesab olunur.

 

 6. Qaçmayın!

Arıqlamaq üçün qaçışın elə də möhtəşəm bir vasitə olmadığını göstərən tədqiqatlar var. Bunun əvəzində, qısa lakin intensiv məşqlər daha effektivdir. Bu zaman əzələlər “yanır” və daha çox oksigen istehlak edir.

Ən yaxşısı isə odur ki, gündəlik məşqlər üçün 5-10 dəqiqə kifayətdir. 5-10 dəqiqə ərzində maksimum şəkildə əzələləri işlətmək yetərlidir.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir