ayaq

Ayaqlardakı ölü dəridən yaxa qurtarmağın 6 üsulu

Baxış sayı: 795

Bütün bədənin ağırlığını üzərində daşıyan ayaqlarda dəri hüceyrələrinin ölməsinin bir çox səbəbi ola bilər. Mütəmadi olaraq nəmləndirməmək, səhv ayaqqabı seçimi, artıq çəki və yaxud başqa tibbi vəziyyətlər bunlardan bəziləridir. Ölü dəri hüceyrələrindən təmizlənmiş, sağlam və yumuşaq ayaqlara sahib olmaq elə də çətin deyil. Bunun üçün nə bahalı kosmetik vaitələrə nə də uzun çəkən tibbi yöntəmlərə ehtiyyac var.

Beləliklə, ev şəraitində ölü dəri hüceyrələrindən təmizlənmiş, sağlam ayaq dərisinə sahib olmağın 6 asan yolunu sizə təqdim edirik.

İsti su

İsti su ayaqlarda sərt dəri hüceyrələrini yumuşaldır. Bu səbəbdən də 20 dəqiqə suda gözlətdiyiniz ayağınızı pambıq parça yaxud da əlinizlə ovalayıb ölü dərini çıxarda bilərsiz. Sonra isə ayaqları kremlə nəmləndirib corab geyinin. Daha yaxşı nəticələr əldə etmək üçün prosesi mütəmadi olaraq təkrar etmək lazımdır.

Sirkə

Sağlam, parlaq, və yumuşaq üz dərisi əldə etmək üçün sirkədən istifadə edilir. Bu yöntəm ayaqlar üçün də keçərlidir. Bir stəkan sirkə 8 litr su ilə qarışdırılır və ayaqlar 45 dəqiqə bu suda gözlədilir. Daha sonra ayaqları nəmləndirib, dərinizi daha da canlandıra bilərsiniz.

Yetişmiş banan

Yetişmiş banan möcüzəvi qulluq vasitəniz ola bilər. Bunun üzün bananı əzib ayaqlarınıza çəkin. 10-15 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyub, nəmləndirə bilərsiz. Əgər daha yaxşı nəticə əldə etmək istəyirsinizsə, bananın üzərinə bal da əlavə etmək olar. Lakin qarışımda bal varsa daha sonra nəmləndiricidən istifadə etməyə ehtiyac yoxdur.

Karbonat

Karbonatı gül suyu ilə qarışdırıb, 15 dəqiqə ayaqlarınızı ovuşdura bilərsiniz. 30 dəqiqə gözlədikdən sonra, ayağınızı yuyub nəmləndirici vurmağınız lazımdır.

Bal

Balın dəriyə olan xeyirlərini saymaqla bitməz. Bu dəfə də ondan isti su ilə qarışdıraraq faydalana bilərsiz. Bal qatılmış isti suda ayaqlarınızı asta-asta fırçalayın. Bu üsulla canlı və sağlam ayaq dərisinə sahib olmaq mümkündür.

Düzgün ayaqqabı

Gəzərkən və qaçarkən ayağınız ayaqqabıya sürtülür. Bu da dəridə quruluğun daha da artmasına səbəb olur. Ölü cildin yaranmasının qarşısını almaq üçün, hər zaman nəmi əmən corablarla birlikdə düzgün ayaqqabı geyindiyinizdən əmin olun.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir