ayriliq

Ayrılıq sonrası nə etməliyik? – 8 TÖVSİYƏ

Baxış sayı: 263

Qarşımıza çıxan insanla nağıllardakı kimi xoşbəxt və mükəmməl münasibət yaşacağımızı düşünürük. Sanki xəyalımızdakı insanı tapmış, qarşımıza çıxan bütün maneələri aşıb, ömür boyu xoşbəxt yaşacağımızı düşünürük.

Sevgilimiz, həyat yoldaşımız və ya nişanlımızla günlərimiz həqiqətən də xoşbəxt axıb gedir. Lakin bir gün yolunda getməyən bir şeylər olur və ayrılmalı oluruq.

Ayrılıqdan sonra insan çox böyük bir boşluğa düşür. Artıq heç bir şeyin və heç kimin bizi xoşbəxt edə bilməyəcəyini düşünürük. Və təbii ki, bu vəziyyətin həmişə belə davam edəcəyini zənn edirik.

Bəzən bütün bunlara “YOX” deyib, özümüzə gəlmək, bütün içimizi yeyib bitirən düşüncələrdən qurtulmaq istədiyimiz vaxtlar da olur.

Ayrılıq sonrası yaranan hüzndən qurtulmağın yolları var, əlbəttə. Əgər siz də bu hüzndən qurtulmaq istəyirsinizsə, aşağıdakıları həyatınıza tətbiq edin.

ayriliq1

Hüznünüzü yaşayın

Ayrılmaq bir-birini sevən və gözəl şeylər yaşayan hamını incidir və öhdəsindən gəlmək elə də asan bir şey deyil.

Yaşadığımız o qədər şeydən sonra hər şeyi bir anda silib, unutmaq mümkün deyil.

“Ağlama”, “özünü həlak eləmə..” və s.kimi tövsiyyələr alırıq, amma bunları tətbiq etmək nə mümkün?

İlk başlarda özümüzlə tək qalmalıyıq. Özümüzə qulaq asmalı, lazım gəlsə ağlamalı və ağrımızı sonuna qədər yaşamalıyıq.

Hətta nə hiss etdiklərimizi bir kağıza yaza və ya ayna qarşısına keçib özünüzə də danışa bilərik. Yaxşılaşmaq əvvəlcə içimizdəki yanardağdan qurtulmaqla başlayır.

 

Qəbul edin

Yaşadığımız gözəl günlər, yığdığımız xatirələr, bir-birimizə danışdığımız hekayələr, oxuduğumuz şeirlər, gəzdiyimiz küçələr, girdiyimiz mağazalar, dinlədiyimiz musiqilər, izlədiyimiz filmlər, bir-birimizə qarşı göstərdiyimiz sevgi və daha nələr-nələr… bütün bunları düşünüb təkrar başa qayıtmaq yerinə, olanları qəbul edin.

“Bu küçədən keçərkən filan musiqiyə qulaq asmışdıq”, “Hə, burdakı restoranda oturub birlikdə yemək yemişdik” demək əvəzinə bütün birlikdə etdiyiniz şeyləri heç  bir ağrı və inciklik hiss etmədən əvvəl olduğu kimi etməyə davam edin. Çünki müəyyən müddət sonra burada yaşadığınız xatirələrin yerini yeniləri əvəz edəcək və köhnələri heç xatırlamayacaqsınız da, xatırlasanız belə bu sizi incitməyəcək. Sizi incidəcək heç bir şeyə fürsət verməməlisiniz.

 

Özünüzü günahlandırmayın

Ayrılıq artıq kəsin və netdirsə, heç bir ümid qalmayıbsa, “görəsən, bunu etsəm barışarıq?”, “onu deməsəm dahamı yaxşı olardı?” kimi ehtimalların, atılmış və geri dönüşü olmayan oxlar üçün özünüzü günahlandırmayın.

Dəyişdirə bilməyəcəyiniz şeylər üçün özünüzü yormayın. Çünki siz əlinizdən gələni etdiniz, yaxşı şeylər düşündünüz və nə etmisinizsə artıq hamısı keçmişdə qaldı

Peşmanlıqlarınızdan dərs çıxarın. Münasibətiniz müddətində etdiyimiz səhvlər əlbəttə ki, olub, amma bütün günahı öz üzərimizə götürmək heç də doğru deyil.

 

Stolklamayın!

Sosial şəbəkələrdə bir insanın digər bir insanın profilini tez-tez kontrol etməsi, araşdırması, paylaşdıqlarını incələməsi və s. bu kimi şeylər günümüzün ən önəmli sözlərindən biri olan “stolklamaq” adlanır. Və stolk ayrılıq acılarının ən böyük düşmənidir.

Davamlı olan həmin insanı izləmək, son görülmə tarixlərinə baxmaq, statuslarını incələmək, blokdan çıxarıb son paylaşdığı şəklə baxmaq, yazılan şərhləri oxumaq və s. həyəcanlı kimi görünsə də, məntiqli olan bir şey deyil! Bu psixologiyamıza zərər vermək və düşüncə tərzimizə obsessiya gətirməkdən başqa bir işə yaramaz.

sevgi-ayriliq

Hüznlü musiqilər dinləməyin

Yuxarıda dediyimiz kimi gözəl şeylərin hamısını düşünüb, hüznlənməyə və bir də heç vaxt onun kimisini tapa bilməyəcəm düşüncələrinə qapıldığımız anlarla birlikdə acıqlı musiqilər dinləmənin tam vaxtıdır. Lakin bu özümüzə işgəncə verməkdən başqa bir şey deyildir. Onun yerinə daha enerji verəcək və sizi motivasiya edəcək musiqilərə üstünlük verməyiniz daha doğru olacaqdır.

 

Sosiallaşın

Ayrılıqdan sonra özümüzü evin içindəki bir otağa həbs edirik. Davamlı olaraq ayrıldığımızı düşünərək qəhər dolan otağın içində günlərlə qalmaq istəyirik.

Amma siz mümkün olduğu qədər sosiallaşsanız, bu düşüncələr də tez bir zamanda beyninizi tərk edəcəkdir. Dostlarınızla kafeyə, kinoteatrlara və s. gedin Onlarla qalın və ya onlar gəlsin sizdə qalsın. Dostlarınızla mümkün qədər çox vaxt keçirin ki, ayrılığı düşünməyə macal tapmayasınız.

 

Özünüzü xatırlayın

Münasibətlər iki nəfərlikdir. Hər yerə birlikdə gedib, hər şeyi birlikdə edir, birlikdə gülüb, birlikdə ağlayırıq. Bütün vərdişlərimiz və həyat tərzimiz də bu iki nəfərlik həyata öyrəşir ona görə ayrılıq sonrası boşluğa düşür və artıq etmək istədiyiniz şeylərin mənasız olduğunu düşünürsünüz. İnsanlar münasibətləri olduğu zamankı həyat tərzlərinə elə qapılırlar ki, həyatlarındakı həmin insan olmadan etdikləri şeyləri unudurlar, vərdişlərini yadırğayırlar. Buna görə də ayrıldıqdan sonra özümüzü xatırlamalıyıq. Əvvəlki halınızı düşünün, nə edirdiniz, sizi nələr xoşbəxt edirdi, haralara gedirdiniz, nəyə əsəbləşib, nəyə sevinirdiniz? Bunların hamısını düşünün. Lazım gəlsə, dostlarınızdan kömək alın. Onlara əvvəl nə etdiyinizi barədə soruşun.

 

“Unutdum” deməyi unudun

Çox təəssüf ki, bunu deməliyəm, heç kim heç kimi unutmur. Bu həyatın acı bir gerçəyidir, unutmaq deyə bir şey yoxdur.

Ayrılığın ağrısı keçəndə və ona qarşı olan duyğularınız, sevginiz, ümidiniz və saflığınız hamısı keçir və gedir.

Hər şeyi geridə qoyub özünüzə yeni bir səhifə açacaqsınız. Bütün hüznlü günləriniz keçib gedəcək və hətta gün gələcək hal-hazırda keçirdiyiniz duyğular sizi daha da güclü edəcək. Buna görə minnətdar olacaq və yeni bir təcrübə qazanmış olacaqsızınız.

ayriliq




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir