dunya

Bəşəriyyət tarixinin 5 böyük sirri

Baxış sayı: 1. 389

“Gencaile.az” bəşəriyyət tarixinin beş böyük sirri ilə bağlı maraqlı məlumatları təqdim edir.

İtirilmiş Atlantida – ən qədim və ağlı qarışdıran tapmacalardan biridir. Sunami və ya  zəlzələ nəticəsində batması təxmin edilən Atlantidanı hələ antik dövrdən aşkar etməyə cəhd göstəriblər. Atlantida haqqında məlumatı ilk dəfə Platon verib. Platon bu bilgiləri babasından, o isə Misir rahiblərindən eşitdiyini deyir. Atlantidanın yeri haqqında müxtəlif fikirlər mövcuddur. Bəziləri onun Atlantik Okeanında, bəziləri isə Egey dənizində yerləşdiyini iddia edir.

Yunan filosofu Platon Atlantidanı  Cəbəli-Tariqin yaxınlığında salınmış, sivilizasiyanın ən inkişaf etmiş və son dərəcə gözəl məskənindən ibarət böyük bir ada kimi təsvir edib. Bundan başqa Atlantidanın əhalisi “gözəl sakinlər” olub. Burada Poseydonun məbədi, habelə konsentrik divarlar və kanallar yerləşirdi.

Onun harada olması haqqında çoxlu  sayda nəzəriyyələr olmasına rəğmən bu günədək heç kəs bu şəhəri tapmağa müvəffəq olmayıb. Bir çox tarixçi və tədqiqatçılar yeraltı adanı tapmaq üçün Cənubi Amerikada, Yunanıstan ətrafı adalarda və Antarktidanın sərhədlərində  ekspedisiyalar təşkil etsələr də, Atlantida əlçatmaz və sirli tapmaca olaraq qalır.

İnsan orqanları bataqlığı və ya insanlardan ibarət bataqlıq – bu, Şimali Avropada (daha çox Danimarka, Almaniya, İrlandiya, Böyük Britaniya, Niderland və İsveç) torflu bataqlıqlarda tapılmış insan cəsədlərinin basdırıldığı yerdir. Aşkar edilmiş digər qədim insan cəsədlərindən fərqli olaraq onlar nəinki parçalanmayıb, hətta burda insanın daxili orqanları da bütöv qalıb. Ona görə də bu bataqlıqlar tədqiqatçıların maraq obyektinə çevrilib.

Tapılmış minlərlə insan cəsədləri Dəmir dövrünə aid edilir. Bir çox əlamətlərdən bəlli olur ki, onların hamısı öldürülüb. İnsan cəsədlərinin əksəriyyətini yerli kəndli və nökərlər təşkil edib. Hesab edilir ki,  hansısa ritualın və ya cinayətin qurbanlarıdır. Təəccüblü orasıdır ki, minlərlə insan cəsədindən ibarət kütləvi məzarlıq təsadüf nəticəsində tapılıb.

Alimlər tədqiqat vaxtı ehtiyatsız davrandıqlarından cəsədlərin əksəriyyətini sonradan bərpa etmək mümkün olmayıb. Bu da bataqlığın sirrini daha da anlaşılmaz edir.

Burda tapılan cəsəd sahiblərin çoxu boğulmaqla (iplə, məftillə) həyata keçirilsə də, heç bir zədə almadan ölənlər də var. Güman olunur ki, onları bataqlığa itələməklə öldürüblər.

İçalatçı Cek –   1888-ci ilin ikinci yarısında Uaytçapeldə və Londonun ətraf rayonlarında cinayətlər törədən naməlum qatilə və ya qatillərə verilmiş şərti addır. Cek adı Mərkəzi polis bürosuna qətli törətdiyini iddia edən bir şəxsin göndərdiyi məktubdan götürülüb və London qəzetlərində cinayət işlərilə bağlı nəşr olunan yazılar sayəsində məşhurlaşb. Hamısı fahişə olan qurbanlardan beşinin eyni adam tərəfindən öldürüldüyü rəsmən öz təsdiqini tapıb. Ancaq İçalatçı Cekin törətdiyi güman olunan təxminən iyirmiyə yaxın cinayət var. Cek qeyb olduğuna görə bu cinayətlərin heç birinin üstü açılmayıb. Bu gün ingilis detektivlər və elm adamları müasir texnologiyanın köməyilə həmin cinayətlərin üstünü açmağa çalışırlar. Günümüzə qədər çatmış tək fiziki dəlil, qurbanlardan birinə aid olduğu iddia edilən şaldır.

Bütün zamanlarda və xalqlarda ən qəddar cinayətkar olan Cekin şəxsiyyəti cavabı tapılmamış tapmaca kimidir. Digər tərəfdən cinayətkarın əsl şəxsiyyəti, qurbanların sayı, polisə göndərilmiş müəmmalı məktublar  – bunların hamısı qaranlıq məsələdir. Bütün  qeyri-müəyyənlikləri nəzərə alınaraq cinayətin daha ətraflı araşdırılması zamanı bir-birinə ziddiyyətli bir çox nəzəriyyə yaranıb. Hər halda kimliyindən asılı olmayaraq cinayətkar imperiyanın canına qorxu salmışdı. O, əvvəlcə qurbanlarının boğazlarını kəsir, daha sonra cərrah dəqiqliyilə içalatı çıxarırdı. Bu da onun anatomik bilgilərə sahib olduğunu göstərirdi. Cekin qurbanlarının dəqiq sayı bu günədək bəlli deyil. Ölənlərin sayı 4-15 arası dəyişir.

Stounhenç – bu yer üst-üstə qoyulmuş, hər biri altı ton olan və iti kəsilmiş mavi daşlardan ibarətdir.

Stounhençin tikilmə məqsədi hələ də sirr olaraq qalmaqdadır. Bununla bağlı irəli sürülən fikirlər təəccüb doğurur. Bəziləri iddia edir ki, buz dövrünün sürüşmələrinin nəticəsi və ya texnogen möcüzədir. Bəziləri isə bunun yadplanetlilərin müdaxiləsi və ya şəfaverici bir yer olduğunu iddia edir. Daha çox qəbul edilən nəzəriyyə isə buranın qəbirstanlıq olmasıdır. Bu fikri 2008-ci ildə aparılmış tədqiqatlar zamanı tapılan qalıqların yaşına görə irəli sürüblər.

Təxminən 2500 il bundan əvvəl neolit dövründə tikilib. Alimlər hesab edirlər ki, bu abidə günəş şüasının düşmə dərəcəsini ölçür. Güman olunur ki, Stounhenç bir neçə mərhələdə, 1500 ilə inşa edilib. 1986-cı ildə UNESCO tərəfindən “Dünya İrsləri” siyahısına daxil edilən Stounhenç abidəsi Britaniyada Uiltleonun, Amesbury ingilis qraflığının 2 mil qərbində, Solsberinin 8 mil şimalında yerləşir. Dünyada ən məşhur sahələrdən biri olan Stounhenç yerə bərkidilməklə böyük daşlar yığımı quraşdırılmış prospektdən ibarətdir.

Abidə bütün yazılan rekordları arxada qoymuş bir mədəniyyət nümunəsidir. Onun inşasında istifadə olunan inşaat texnikası üçün azacıq da olsa dəqiq sübut və ya nəzəriyyə yoxdur. Uzun illər ərzində müxtəlif müəlliflər təklif edib ki, abidənin tikilməsində fövqəltəbii və anaxronik metodlardan istifadə edilib, əks təqdirdə bu daşları adi halda hərəkət etdirmək qeyri-mümkün idi. Buna baxmayaraq, irəliləyiş ayaqları və ya irəliləyiş dayaqları adlanan Neolit texnologiyasından istifadə etmək oxşar ölçülü daşları hərəkət etdirməkdə və yerləşdirməkdə, görünür, effektiv imiş.

Tikilinin funksiyası üçün iki nəzəriyyə mövcuddur. Bunlardan birincisi onun astronomik rəsədxana olması, ikincisi isə dini sahə kimi istifadə olunmasıdır. 2012-ci ildə irəli sürülən başqa bir nəzəriyyədə deyilir ki, abidənin tikilməsində məqsəd Britaniyanın müxtəlif xalqlarını birləşdirmək olub. Abidə haqqında edilən araşdırmalar günümüzdə də davam etdirilməkdədir.

Kral Artur – V-VI əsrin əfsanəvi ingilis sərkərdəsi, saksları məhv edən fateh, britan eposlarının və çoxsaylı cəngavərlik romanlarının əsas qəhrəmanı.

Arturun tarixdə mövcudluğu haqqında tarixçilər heç bir dəlil tapmayıb. Ancaq çoxları onun tarixi prototip olmasını irəli sürür. Göründüyü kimi, Artur haqqında nağılların hamısı ingilis döyüşçülərinin döyüş ruhunu artırmaq üçün uydurulub. Mifologiya müxtəlif ədəbi mənbələrlə əlaqələnir. Burada Artur 6-cı əsrdə sakslara qalib gəlmiş və İngiltərə, İrlandiya, Norveç və Qalliyadan ibarət imperiya yaratmış çar kimi tərif edilir. Baxmayaraq ki, belə bir insanın mövcud olması ilə bağlı real bir sübüt yoxdur, tarixçilər yenə də bu mövzuda müzakirəni davam etdirirlər. Arturun 2-ci əsrdə yaşamış Roma sərkərdəsi Lusi Artori Kastusla eyni adam olmasını güman edənlər də var.

Əksəriyyətin Kral Arturun bir uydurma olduğunu etriaf etməsinə baxmayaraq, bu fikri əksini söyləyənlər də az deyil. Kral Artur və onun cəngavərləri haqqında olan epos ədəbiyyat, kinematoqraf və incəsənətin digər sahələrində əsərlərin yaranmasına əsas verib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir