pin-kod

Bəs sizin pin-kodunuz neçədir?

Baxış sayı: 197

Yəqin ki, çoxlarımız telefonumuzun pin-kodunu bilirik, bilməsək də, harasa mütləq qeyd etmişik.

İnsanın pin-kodu. Bunu ilk dəfə eşidəndə yəqin ki, astrologiya ilə bağlı olduğunu düşünəcəksiniz. Amma bunun yaradıcısı Cənubi Afrikalı fizik Duqlas Forbsdur.

O hesab edir ki, insanın  doğum tarixinin insanın taleyinə təsirləri var, hətta xarakterinin formalaşmasında da mühüm rol oynayır. İnsanın doğum tarixi – xarakterini, həyatdakı məqsədini və taleyini ortaya qoya bilən bir analizdir.

Duqlas Forbsun yaratdığı sistemdə rəqəmlər haradan gəldiyimizi və hara getməli olduğumuzu bizə söyləyir. Pin-kod sisteminə görə doğulduğumuz günün enerjisi ilə bütün kodlarımız formalaşır.

Uzun illər astrologiya, numeralogiya elmlərinə baş yoran fizik, pin-kodumuzun bizə hansı işdə işləməli olduğumuzu, kiminlə evlənməli olduğumuza qədər, hər şeyi dediyini iddia edir.

Forbsa görə kainat riyazi bir tənlikdir. İnsan bu tənliyin özüdür. Pin-kod sisteminin doqquz əsas nömrəsi var və hər sayı həm aktiv, həm də reaktiv xüsusiyyətlərə malikdir. Bu rəqəmlər çox sadə bir hesablama ilə 9 rəqəmli bir düstura əsaslanır. Bu düsturu təhlil edərkən hər bir xanadakı nömrələrin müsbət və mənfi xüsusiyyətləri və xanaların bir-biri ilə qarşılıqlı əlaqələri nəzərə alınır.

 

İnsanın pin-kodu necə hesablanır?

Məsələn, pin-kodu hesablanacaq şəxsin doğum tarixi 11.02.1980-dir.

Xarakter rəqəmləri: doğum günümüzdəki rəqəmləri toplamaqla əldə edilir. Beləliklə, araşdırdığımız doğum tarixinin xarakter rəqəmi 1 + 1 = 2-dir. Cəm 9-dan çox olarsa, onu tək rəqəmə endirənə qədər toplama davam edir, yəni rəqəmi sadələşdiririk. Məsələn, doğum tarixiniz 28-dir, 2 + 8 = 10 cavab alınır lakin bizə 10-na qədər olan rəqəm lazımdır. Ona görə təzədən toplama edirik və nəticə 1 + 0 = 1-dir.

Sosial şüur xanası: doğulan ayın rəqəmidir. Bizim indiki hesablamamızda bu 2-dir. İkirəqəmli aylarda hesablama aşağıdakı kimidir:

Məsələn, doğum ayınız 12-ci aydır, 1 + 2 = 3.

Qlobal şüur xanası: doğum ilimizin rəqəmlərinin cəmindən əldə edilir. 1980 = 1 + 9 + 8 + 0 = 18 = 1 + 8 = 9.

Həyat döngüsü xanası: ilk üç rəqəmin cəmindən əldə edilir. Yəni bundan əvvəl etdiyimiz üç hesablamanı toplayırıq. Beləliklə, 2 + 2 + 9 = 13 (1 + 3 = 4)

Həyat dərsi xanası: 1-ci hesablamanın nəticəsi ilə və 4-cü hesablamanın nəticəsi toplanır. Beləliklə 2 + 4 = 6

Daxili mənlik xanası: 1-ci və 2-ci hesablamalardakı rəqəmlər toplanır. 2 + 2 = 4

Daxili uşaq xanası: 2 və 3-cü hesablamaların rəqəmləri toplanır. 2 + 9 = 11 (1 + 1 = 2)

Duyğular xanası: 6-cı və 7-ci hesablamalardakı rəqəmlər toplanır. 4 + 2 = 6

Həyat hissi (şəxsin pin-kodu): bütün hesablamaların cəmidir. 2 + 2 + 9 + 4 + 6 + 4 + 2 + 6 = 35 (3 + 5 = 8)

 

Pin-kod sisteminə görə şəxsiyyət təhlili

1. Lider, yaradıcı, tənqidə dözümsüz, tez parlayan və tez sönən insanlardır. Ünsiyyət sahəsində uğur qazanırlar. Ədalətlidirlər.

2. Ümumiyyətlə, çox ehtiyatlı, təmkinli və intuitiv insanlardır, başqalarını düşünən ailələrini sevən insanlardır. Mükəmməl valideynlərdir.

3. Onlar mütəşəkkil, ehtiraslı və istədiklərini əldə etmək üçün düşmən olmaqdan çəkinməyən insanlardır.

4. Əsrarəngiz, hədəfləri olan insanlardır. Həm də sirli, müəyyən edilməsi bir az çətin insanlardır. Onların öz üslubları var.

5. Zərif və sosialdırlar. Daim zehni və fiziki cəhətdən hərəkətdədirlər. Onlar yumoristik, ünsiyyətcil və yenilikçi insanlardır.

6. Səmimi və romantik insanlardır. Məclislər üçün yaranıblar, orda necə davranmalı olduqlarını çox yaxşı bilirlər.

7. Duyğusal, yaradıcı, şəxsi həyatlarına çox önəm verirlər. Onları əldə etmək çox çətindir. Bir münasibətdə olduqları zaman isə insana əsl bağlılığı göstərirlər.

8. Səbirli, uğurlu, qətiyyətlidirlər. Onlar qayğıya ehtiyac duyurlar. Zərif üz cizgiləri olan bu insanlar sonrakı illərdə daha gənc görünürlər.

9. Saf, günahsız, asanlıqla güvənən insanlardır. Ancaq populyar inancın əksinə, intuisiyaları onları aldanmağa qoymur. Etdiklərini  təsdiqlədən insanlardır.

 

Pin-kod sisteminin əhəmiyyəti nədir?

Pin-kod ilə etməyə çalışdığımız məsələ insanların məlumatlılığını artırmaqdır. Başqa sözlə, kim olduqları, iş həyatı və hər cür münasibətlərdə kim olduqları barədə məlumatlılığı artırmağa çalışırıq. Bu maarifləndirmə insanların bir-birləri ilə toqquşmasının qarşısını alır. Qarşınızdakı insanın kim olduğunu başa düşürsünüz. Onun sistemi elə işləyir ki, ondan fərqli bir şey gözləsəniz, yanılmış olarsınız. Fərqli bir gözləntiyə girsəniz, qarşıdurma yaranar. Həmin münaqişə də problemlərə səbəb olur. Problemlər enerjinizi alır. Beləliklə, xaos yaranır. Pin-kod isə sizə qarşınızdakı insan barəsində çox şey deyir, münaqişələrin heç nəyi dəyişdirmədiyinə şahid olursunuz. Beləliklə, xoşbəxt və sakit bir həyat yaşaya bilərsiniz.

Başqasını dəyişdirmək üçün mübarizə aparmalıyıq? Başqa insanı dəyişdirmək istəyi… Bəzi məqamlarda razılığa gələ bilərsiniz, amma dəyişməyəcəksiniz və dəyişdirə bilməyəcəksiniz. Yalnız güzəştə gedirsiniz. Əgər işdə zorakılıq, təcavüz, təzyiq yoxdursa, istər biznes, istərsə də şəxsi münasibətlər davam edə bilər. Bu münasibətlərdə bir tərəf güzəşt edir, qurban verir, digər tərəf də eyni şeyi edir. Heç kim dəyişmir, amma hər kəs güzəştə gedə bilər. İnsanları olduğu kimi qəbul edin, ya da həyatınızdan çıxarın.

Duqlas Forbs həm şəxsin özünü, həm də iş həyatında təmasda olduğu insanları tanımaq və buna uyğun davranmaq lazım olduğunu 30 min adam üzərində apardığı araşdırma nəticəsində yaratdığı pin-kod sisteminə əsaslanaraq iddia edir.

Pin-kod mövzusu çox geniş mövzudur, davamlı olaraq sizə bu barədə məlumatlar verməyə çalışacağıq.

Ümid edirik ki, bu yazımız sizə faydalı oldu. İndi hamı dəftər qələmləri götürsün və pin-kodlarını hesablamağa başlasın. Bəs sizin pin-kodunuz neçədir?

 

Teybə Səfərova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir