baki

Bakı dialektində işlədilən 7 fərqli söz

Baxış sayı: 2. 395
Bəzi sözlər ancaq bir şəhər və ya müəyyən bir zonada yaşayan insanlar tərəfindən başa düşülür, gündəlik həyatda da tez-tez işlədilir. Siz əgər həmin yerlə yaxından-uzaqdan əlaqəsi olmayan bir insansınızsa, ilk dəfə bu sözləri eşitdikdə başa düşməyə, özünüzü bir az qəribə hiss edə bilərsiniz. Bu gün biz Bakı dialektindən bir neçə söz təqdim edəcəyik.Bakı dialekti Azərbaycan dilinin şərq qrupu dialekt və şivələrinə daxildir. Bu qrupa daxil olan digər şəhərlər Şamaxı, Quba, Lənkəran və Muğan dialektləridir. Ona görə də siyahımızda bəzi sözləri bu ərazi içində yaşayan digər insanlar da başa düşə bilər. Amma bu sözlər adətən təkcə bakılılar tərəfindən sıx işlədilir. Bu yazıda sizə ancaq bakılıların başa düşdüyü 7 spesifik söz haqqında danışacağıq.
baki

1. Zivə 

Paltarları asmaq üçün istifadə olunan ipə bakılılar ”zivə” deyirlər. ”Zivədən paltarları yığ!” cümləsini eşitsəniz, təşvişə düşmədən işə başlaya bilərsiniz.

2. Mömə 

Adətən anaya, bəzi hallarda isə nənəyə edilən müraciət forması.  “Mömənin yanından gəlirəm,” cümləsini eşitsəniz, bilin ki bakılı dostunuz indicə doğmalarının görüşündən gəlir.

3.  Masqura

Balaca kasa. Adətən şorbanın içilməsi üçün masquradan istifadə edilir.

4. Peyğəmbəri

Qarğıdalı yeməyi sevirsinizsə, bu sözü də yadınızda saxlamağı sizə tövsiyə edirik. Bakılılar qarğıdalıya peyğəmbəri deyir.

5. Abgərdən

Sulu yeməyi tökmək üçün istifadə edilən vasitəyə bakılılar bu adı qoyublar.

6. Külafrəngi

Adətən bağ yerlərində ən hündür yerdə salınan eyvan formalı istirahət yeri. Bakılıların ən sevimli istirahət yeridir desək, yəqin ki yanılmarıq.

7. Əziz-girami 

Çox doğma və əziz adam haqqında işlədilən sözdür. Əziz-xələf kimi bir digər versiyası da mövcuddur.

 

bakililar



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir